yenicag.az
yenicag.az

Azərbaycanlı biznesmen maşınında güllələndi

Azərbaycanlı biznesmen maşınında güllələndi

Müəllif: Redaktor

Editor

1432712212_u-metro-kaluzhskaya-rasstrelyan-dzhip-ranen-voditel_1Rusiyanın Leninqrad vilayətinin Yam-İjora qəsəbəsində həmyerlimiz `Mercedes` markalı avtomobilində güllələnib.

İnsident Moskva şosesində `Arqo` kafesinin yaxınlığında baş verib.

Hüquq mühafizə orqanlarından bildirilib ki, ötən gün yerli vaxtla 23:10-da `Chevrolet Lacetti` avtomobilində olan naməlum şəxslər `Mercedes` markalı avtomobilin sürücüsünə atəş açıblar.

Maşın istiqamətində 10 güllə atılıb. Onların 6-ı sükan arxasında olan sürücüyə dəyib. Sürücü dərhal hadisə yerində keçinib. Naməlum şəxslər hadisə yerini dərhal tərk ediblər.

Hadisə yerində ölən 42 yaşlı azərbaycanlı Tosnens rayonu Ulyanovka qəsəbəsində qeydiyyatda olub. Ehtimal olunur ki, həmyerlimiz tərəvəz biznesi ilə məşğul olub. (Azvision)

Kriminal, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti