Azərbaycanlı dayələrə Türkiyədə böyük əxlaqsız tələ – Tükürpədici faktlar

Müəllif: Redaktor

Editor

235567Azərbaycan hökuməti ölkədə analoqu olmayan iqtisadi inkişaf haqqında danışmağı çox sevir. Rəsmilərin dilindən əhalinin yüksək rifahı, milyonlarla yeni iş yeri barədə çox oxuyur və eşidirik.

Təəssüf ki, reallıq bu yazılanlarla və deyilənlərlə örtüşmür.

“Neft və milyonlar (daha doğrusu, milyardflar!) səlttənəti”nin sadə vətəndaşlars bir qarın çörək tapmaq, normal iş yeri tapmaq üçün gecə-gündüz özünü oda-közə vurmaqda, minbir məhrumiyyətə qatlaşmaqdadırlar.

Nə yazıq ki, Azərbaycanın sosial-iqtisadi durumunun real mənzərəsi bir çox hallarda arzuolunmaz insan hekayətlərinin yaranmasına gətirib çıxarır.

Elə Qaynar.info-nun hazırladığı araşdırma da adıçəkilən ölkədə 2015-ci ilin əvvəlindən bəri iş, çörək axtaran soydaşlarımızdan bir neçəsinin tüqkürpədici hekayətinə işıq tutur. Ən ürəkağrıdan isə həmin hekayətlərin qəhrəmanlarının zərif cinsin nümayəndələri olmasıdır.

AİDS-li azərbaycanlı qadının ağrılı tarixçəsi

Bu ilin əvvəlində – yanvarda Türkiyənin Van şəhərində yerli polisin həyata keçirdiyi əməliyyatda 8-i əcnəbi olmaqla 15 qadın və onları cinsi istismara məcbur etdiyi iddia olunan 1-i xarici ölkə vətəndaşçı olmaqla 14 nəfər gözaltına alınır.

Həmin qadınlardan biri – Azərbaycan kökənli D.M.-nin AIDS xəstəliyinin ilkin mərhələsində olduğu ortaya çıxır.

Ən pisi isə odur ki, onu cinsi istismara sürüklədiyi iddia edilən şəxs də həmyerlimizdir – Əfsanə K.

D.M-nin əvvəlllər Türkiyədən deportasiya edildiyi, amma sonradan qanundankənar yollarla yenidən qardaş ölkəyə gəldiyi müəyyənləşdirilir.

Azərbaycanlı dayələrə əxlaqsız tələ

Yenə bu ilin əvvəllərində – yanvar ayında, amma bu dəfə Adanada, Azərbaycan vətəndaşları olan iki qadını dayəlik işi təklif edərək Türkiyəyə aparan və əxlaqsızlığa sürükləyən cinayətkar dəstə üzvləri yaxalanır.

1-i qadın olmaqla 4 nəfərlik cinayətkar dəstəni ələ keçirmək üçün yerli polis təxminən 6 ay çalışır.

Aldadılan iki qadın soydaşımız isə polisə ilkin ifadələrində Azərbaycanda ağır maddi şərtlər altında yaşadıqlarını, yüksək maaşa dayəlik təklifi aldıqdan sonra buna dərhal razılaşdıqlarını bildirirlər. Onların təyyarə biletləri və digər yol xərcləri cinayətkar dəstə üzvləri tərəfindən qarşılanır.

Qadınlardan biri Azərbaycanda yaşayan uşağının xəstə olduğunu, onu müalicə etdirməyə pul tapmadığını, ona görə də Türkiyədən gələn iş təklifini qəbul etdiyini deyir.

Adanaya gətirilən qadınlar isə burada dayəlik əvəzinə fahişəliyə cəlb olunurlar: çete üzvləri onları gecəsi 150-300 türk lirəsi (təxminən 70-150 AZN) “müştərilərə” təklif edirlər.

Polisin 6 aylıq izləmə və dinləmələri də qadınların dedikləri ilə üzt-üstə düşürdü.

“Əvvəl mənə dayəlik əvəzinə təklif olunan işi qəbul etmək istəmədim. Amma sonra səsimi çıxarmadım, çünki buna məcbur idim…” – bu da qadınlardan birinin polisə ifadəsindəndir.

27 yaşlı gənc qadının çarəsizliyi

Bu ilin iyununda yenə Adanada yaşanan hadisə də tükürpədicidir. Yerli polis aldığı əməliyyat məlumatına əsasən hərəkətə keçir və alver niyyəti ilə Türkiyəyə gələn xanım soydaşımızın başına gətirilən cinayətkar oyunun üztü beləcə açılır.

Belə ki, 29 yaşlı, Azərbaycan kökənli R. O. 27 yaşlı həmyerlimiz X.K.-nin işlərinin qaydasında getmədiyini və tamamilə pulsuz qaldığını görüb onu əxlaqsız hərəkətlərə təhrik edir. “Müştəri” rolundakı polis əməkdaşı R.O-ni cinayət başında yaxalayır.

X.K. isə polsə verdiyi ifadəsində Türkiyəyə alver məqsədi ilə gəldiyini, amma işlərinin qaydasında getmədiyini, tamamilə pulsuz qaldığını, bu vaxt təsadüfən tanış olduğu R.O-nun onu yaşadığı mənzilə dəvət etdiyini, müvəqqəti sığınacaq verdiyini deyir. Gənc qadın atasının xəstələndiyi xəbərini eşidib Azərbaycana qayıtmaq qərarına gəldiyini, amma bu zaman yolpulunun olmadığını söyləyərək, əlavə edir: “İşi belə görən R.O mənə fahişəlik edərək pul qazanmağı təklif etdi. Çarəsiz idim. Ona görə də razılaşmaqdan başqa yolum qalmadı”.

Bu ifadəsindən sonra polis X.K-nı sərbəst buraxır, R.O və onunla işbirliyi quran Türkiyə vətəndaşı Ş.K məhkəməyə verilir.

Yenə polis əməliyyatı, yenə…

Bu il sentyabrın 8-də isə Türkiyənin Ordu şəhərində polis əməkdaşlarının keçirdiyi əməliyyatda insane alveri qurbanı olan çoxsayda qadın aşkarlanır. Üzücü haldır ki, həmin 7 qadınlardan bəzilərinin Azərbaycan əsilli olduğu aydınlaşır.

Qadınlardan biri isə həmin vaxt yerli polis idarəsinin qarşısına toplaşan jurnalistlərin video və fotokameralarına qucağındakı azyaşlı qız uşağı ilə birlikdə düşür.

Qadınlar həmin vaxt jurnalistlərə həqarət yağdırmaqdan da çəkinmirlər.

Sonda:

Qeyd edək ki, araşdırmamız ötən illərdə də Türkiyədə həmyerlimiz olan qadınlarla bağlı çoxsayda oxşar faktların yaşandığını göstərdi.

Eyni zamanda kimlərsə təqdim etdiyimiz materialı yaxşı qarşılamaya, ona diletant yozum da verə bilərlər.

Əslində isə bu mövzuda araşdırma aparmaq və yazı ortaya çıxarmaq bizim üçün də xoş deyil. Hər dəfə başqa bir ölkənin KİV-ində yurddaşlarımız barədə arzuedilməz xəbərlərlə rastlaşmaq üzücüdür.

Bununla belə, istədik ki, ölkənin real sosial-iqtisadi durumunun bir çox hallarda hansı acı fəsadlar doğurduğunu gözlər önünə sərək.

 

 

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir