“Bu gün düz 3 saat 50 dəqiqə növbədə durduqdan sonra “Qarabağ” – “Roma” futbol oyununa bilet aldım”.

Yenicag.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədəki hesabında paylaşıb. Millət vəkili bileti ASAN Xidmətin Yasamal filialının binasında yerləşən bilet kassasından əldə etdiyini vurğulayıb:

“Növbə böyük idi, hətta xarici ölkə vətəndaşları da bilet alırdılar. Bilet satışını həyata keçirən firma bilet satışını daha yaxşı təşkil edə bilərdi. Yüzlərlə insana cəmi bir satıcı qız xidmət edirdi. İki dəfə printer xarab oldu, növbədəkilər birində 40 dəqiqə, ikincisində isə 20 dəqiqə onun düzəlməyini gözləməli oldular. Satıcı qıza xüsusi təşəkkür düşür, o çox səbirlə işləyirdi və böyük növbəyə görə nahara getmədi”.

Qeyd edək ki, sentyabrın 27-də keçiriləcək “Qarabağ” – “Roma” oyununun bilet satışı iki gündü davam edir. Artıq geridə qalan iki gündə 12 500 bilet satılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6812
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."