!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı deputatın Ağdamın işğalından öncədən xəbəri olub? – Şok iddia

!Reklam – Yazi

5614F199n74bSeçki yaxınlaşdıqca, deputatlar və deputatlığa namizədlərlə bağlı maraqlı məlumatlar yayılmaqdadır. Azerinfo.org yazır ki, Ağdamın “dəyişməyən” deputatlarından olan Bəxtiyar Əliyev Qarabağla Qaradağı “qarışdırıb”. Belə ki, ermənilər Qarabağı işğal etsələr də, B.Əliyev onlara qarşı deyil, Bakının yaxınlığındakı Gülbaxt daş karxanaları uğrunda mübarizə aparır. Artıq Daş Karxanalarının böyük bir hissəsinə nəzarət etdiyi ehtimal olunan deputatın bu işinə adı kriminal aləmdə hallanan Cavanşir Əbdüləzimov rəhbərlik etməkdədir.

Lotu Quli ilə isti münasibətinin olduğu bildirilən C.Əbdüləzimovla bağlı yayılan bir fakt isə başqa mətləblərdən xəbər verir. İddiaya görə, C.Əbdüləzimov 1993-cü ilin iyul ayında, Ağdamın işğalı ərəfəsində “Tribunal İsa” kimi tanınan şəxslə rayonunun mal-qarasını Bərdə bazarında sataraq pullarını mənimsəyiblər. Əhalidən yığılan mal-qaranın yolda tələf olduğunu bildiriblər. Qeyd olunur ki, hər iki şəxs yaxın vaxtlarda rayonun işğal ediləcəyindən xəbərdar olublar. Bu səbəbdən də rahat hərəkət ediblər.

İddiaya görə, C.Əbdüləzimovun Bakıda qurduğu biznes və Bəxtiyar Əliyevlə qurulan dostluq bağlarında da həmin sərmayənin rolu olub.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc edə bilərik.

www.yenicag.az

771
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv