!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı futbolçunun "Maserati"si cərimə meydançasına aparıldı

!Reklam – Yazi

Azərbaycan milli komandasının və bir çox klublarımızın şərəfini qorumuş tanınmış futbolçu Rəşad Sadiqovun avtomobili Dövlət Yol Polisi (DYP) inspektorları tərəfindən cərimə meydançasına aparılıb.

Yenicag.az xəbər verir ki, bu barədə R.Sadiqov özü məlumat verib. Futbolçu bildirib ki, DYP əməkdaşları tərəfindən qanunsuz olaraq avtomobili cərimə meydançasına aparılıb, üstəgəl ondan pul tələb olunub:

“Türkiyə səfirliyinin yaxınlığından keçirdim. 99-YP-445 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan yol polisi əməkdaşları mənə saxla əmri verdi və mən maşını sağa çəkərək əmrə tabe oldum. Mənə yaxınlaşan DYP əməkdaşının ilk sualı “maşında siqnal var?” oldu. “Yoxdu” cavabını aldıqdan sonra, maşını yoxlamağa başladı, yenidən mənə sual verdi ki, maşına əlavə avadanlıq quraşdırılıbmı. Mən yenidən yox cavabını verdim. Bundan sonra həmin yol polisi göstərişin “yuxarıdan” gəldiyini, onlarlıq bir şeyin olmadığını və maşını dayanacağa aparacağını bildirdi. Mən də qarşılığında onlara avtomobilin mənim əmlakım olduğunu xatırladıb, “yuxarı” deyəndə kimi nəzərdə tutduğunu soruşdum. Əgər maşın içəri getməlidirsə bunun bir açıqlaması, səbəbi olub-olmadığını, mülkümü əlimdən alıb məni piyada yola salmağın qanunsuz olduğunu, “siqnal dediniz yoxdu, əlavə avadanlıq dediniz yoxdu, bəs mənim maşınımı niyə aparırsız dayanacağa?”, deyə etiraz etdim. Həmin yol polisi əməkdaşı bir daha mənə göstərişin “yuxarıdan” olduğunu bildirdi. Avtomobilimi, öz şəxsi əmlakımı həmin yol polislərinə verib, taksi ilə evə getdim”.

R.Sadiqov bildirir ki, səhəri gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gedib. “Bizim işə 18-ci otaqda baxılacağını bildirdilər. Daxil olduq deyilən otağa, bizi polis mayoru Qafarov Cavad qarşıladı. Yuxarıda qeyd etdiyim sualların hamısını həmin polis mayoruna ünvanladım və yenidən maşınıma niyə əl qoyulduğunu soruşdum. C.Qafarov sənədləri yoxladıqdan sonra, mənə maşının saxlanılması üçün heç bir səbəbin olmadığını bildirdi. Çünki ödənilməmiş cəriməm yox idi. Və mən yenidən sual etdim ki, səbəbini kimsə açılayacaqmı ki, mənim maşınım niyə dayanacağa aparılıb. Bundan sonra C.Qafarov inspektorlara göstəriş verdi ki, “gedin maşının “qluşitel”ini yoxlayın”. Getdik dayanacağa, maşın yoxlanıldı və səsin normadan biraz artıq olduğu bildirildi. Bunlara bildirdim ki, maşını zavod bu şəkildə istehsal edib, yenicə qeydiyyatdan keçirmişəm, əgər belə idisə niyə qeydiyyatdan keçiriblər”. Ünvanladığım bu sualların heç birinə cavab verilmədi”.

Bundan sonra R.Sadiqov yenidən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə qayıdıb. Mayor Cavad Qafarov “obed”ə getdiyini bildirib, qayıtdıqdan sonra bu işlə məşğul olacağını deyib. “Bir neçə saat gözlədikdən sonra yenidən otağa daxil olduq. Mayor bizi qəbul etmədi, köməkçisi isə bizə maşının cəriməsinin 500 manat olduğunu bildirdi:

“Maşının səsi artıq olduğuna görə cəriməsi 500 manatdır. 500 manat verin, kağız yazım verim, gedin maşını çıxarın”. Bunun qanunsuz olduğunu, əgər həqiqətən 500 manatlıq cəriməsi varsa bunu qanuni yolla alınmasını, yəni protokol tərtib edilməsini istədim. Əgər protokol tərtib edilməsə, məhkəməyə baş vuracağımı bildirdim. Həmin serjant “gedin verin məhkəməyə” dedi. Nə protokol tərtib edən oldu, nə də bizim şikayətimizə baxan. DİN-in 102 qaynar xəttinə 2 dəfə zəng vurmuşam, heç bir xəbər yoxdu”.

Qeyd edək ki, R.Sadiqov “Maserati” markalı avtomobil idarə edir.(AzPolitika.info)

Yenicag.az

www.yenicag.az

1115
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv