!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı gənc beynəlxalq təşkilatın sədri seçildi

!Reklam – Yazi

1-17İslahatçı Gənclər İctimai Birliyinin sədri, Editor.az informasiya portalının baş redaktoru Fərid Şahbazlı Turkiyədə beynəlxalq təşkilatın sədri seçilib.

Yenicag.az Aktual.az-a istinadən xəbər verir ki, F.Şahbazlı magistr təhsili aldığı İstanbul Aydın Universitetinin Beynəlxalq Tələbələr Birliyinin sədri seçilib. O, xarici tələbələrin şəxsi hesabları üzərindən 1 həftə ərzində davam edən seçkidə Əfqanıstan və Kamerundan olan rəqiblərini üstələyib.

İstanbul Aydın Universitetinin Beynəlxalq əlaqələr üzrə direktor müavini Selman Arslanbaş və digər koordinatorlar qələbə münasibəti ilə Fərid Şahbazlını təbrik edib, ona xatirə hədiyyələri veriblər.

Fərid Şahbazlı ona səs verən tələbələrin etimadını doğruldacağıba söz verib.

Qeyd edək ki, İstanbul Aydın Universiteti Türkiyənin ən böyük Vəqf universitetlərindəndir. Universitetdə 37 mindən artıq tələbə təhsil alır ki, onlardan 3700-dən çoxu 97 olkəni təmsil edən xarici tələbələrdir.

Yenicag.az kollektivi F.Şahbazlını təbrik edir, ona uğurlar arzulayır.

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv