siaphoto_51285116 Noyabr 2015-ci il tarixində Sankt-Peterburq Millətlər Evinin Gənclər Şurasının üzvlərinin yekdil qərarı ilə Zakir Nəbizadə şuranın sədri seçilib.

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdilinin SİA-ya verdiyi məlumata görə, milliyətcə azərbaycanlı olan Z.Nəbizadə şəhərin ictimai həyatında fəaliyyəti ilə tanınmaqla yanaşı, 2010-cu ildən Sankt-Peterburqda Azərbaycan diasporunun gənclik qollarına rəhbərlik etməkdədir. Onun rəhbərliyi ilə şəhərdə minlərlə insanın toplandığı xeyriyyə konsertləri, irimiqyaslı müxtəlf xarakterli layihələr təşkil olunmaqdadır. Bundan əlavə Zakir Nəbizadə dünyanın müxtəlif ölkələrində yaşayan, fəal gənclərimizi vahid amalda birləşdirən Azərbaycan Beynəlxalq Alyansı adlı gənclər platformasının həmtəsisçilərindəndir.

Qeyd edək ki, Sankt-Peterburqdakı Azərbaycan Milli Mədəni Muxtariyyət Şurasının nəzdində fəaliyyət göstərən Azərbaycanlı Gənclər Birliyi özündə gənclərin intellektual və fiziki istiqamətlərinin inkişafı bölmələri ilə fəaliyyət göstərir. Belə ki, əsas məqsədi yerli azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası ilə yanaşı, Birlik Sankt-Peterburqda 2011-ci ildə döyüş idman bölməsi və 2012-cil ildən isə Azərbaycan tarixi üzrə mühazirələr dərslərinə başlayıb. Bundan əlavə “Bazar günü” məktəbləri diasporun inkişafında mühüm ol oynamaqda və burada əsasən Azərbaycan dili və mədəniyyətimizin əsasları dərsləri keçirilməkdədir.

Son olaraq xüsusi qeyd etmək istərdik ki, Sankt-Peterburq Millətlər Evinin Gənclər Şurasının nəznində fəaliyyət göstərən Gənclər Məclisində şəhərdə yaşayan bir çox xalqların fəal gəncləri təmsil olunmaqdadır. Bu da özlüyündə Azərbaycan həqiqətlərinin və mədəniyyətinin digər xalqlara da təbliğ olunmasında unikal platformalardan sayılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 18
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."