www.sinerjipro.net

SinerjiProWide
Reklam

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunu idarə edib.

Yenicag.az xəbər verir ki, həmyerlimiz Makedoniyanın paytaxtı Skopyedə “Vardar”la İspaniya “Real Sosyedad”ı arasında baş tutan oyunda ədaləti qoruyub. L qrupu çərçivəsində keçrilən 3-cü tur matçında 6 qol qeydə alınıb. Bu qolların hamısını ispanlar meydan sahiblərinin qapısından keçiriblər.

Ağayev cəmi bir futbolçuya sarı vərəqə göstərib. O, 61-ci dəqiqədə “Vardar”ın erməni müdafiəçisi Hovannes Hambartsumyanı cəzalandırıb.

FİFA referimizə yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov kömək edib. Rəhim Rəhimov və Orxan Məmmədov əlavə köməkçi hakim kimi çalışıb. Mübariz Haşımov isə dördüncü hakim funksiyasını yerinə yetirib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4922
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.