Azərbaycanlı icmalçıdan Sarkisyana sərt cavab

Müəllif: Redaktor

Editor

1477375626_azerrrrrrATƏT-in Minsk Qrupunun həmsədrləri Yerevanda olarkən onlara bildiriblər ki, Ermənistanın yeni hökumətinin proqramına belə bir prinsip daxil edilib: “bir qarış da olsun torpaq”, hansı ki, “avtomatik strategiya olur”

Bu haqda erməni KİV-inə idarəetmə üzrə ekspert Arutyun Mesrobyan bildirib.

Məsələyə sərt münasibət bildirən ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev bunun siyasi “tərbiyəsizlik” adlandırıb: “Bu artıq təkcə təxribat deyil. Bu, Qarabağ münaqişəsinin nizama salınması üzrə bütün diplomatik səylərə, ermənilərin sadəcə olaraq, tüpürmələridir. Torpaqların bir qarışının da güzəştə gedilməyəcəyindən danışarkən Ermənistanda, təbii, Qarabağı və Azərbaycanın işğal edilmiş digər ərazilərini nəzərdə tuturlar. Sual yaranır: Onda danışıqlar, “konstruktiv danışıqlara hazırlıq” haqda Ermənistan prezidentinin bəyanatları nəyə lazımdır? Bir halda ki, Ermənistanın yeni hökumətinin proqramına “bir qarış da olsun torpaq” prinsipi salınıb, danışıqları necə konstruktiv adlandırmaq olar? Axı söhbət başqa ölkənin – Azərbaycanın işğal edilmiş torpaqlarından gedir, hansı ki, bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Hesab edirəm aidiyyatı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı mövqe ortaya qoymalıdırlar. Ermənistanın cinayətkar, terrorçu rejimi bilməlidir ki, biz bir qarış da olsun torpaqlarımızı sizdə qoymayacağıq. Prezidentin dediyi kimi biz Göyçəyə, Zəngəzura, İrəvana qədər gedərək tarixi ərazilərimizi bərpa edəcəyik”


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır