Azərbaycanlı idmançı filmə çəkildi - "Produseri özüməm"

Azərbaycanlı idmançı filmə çəkildi – “Produseri özüməm”

Müəllif: Redaktor

Editor

Ciu-citsu üzrə 7 dan , Kempo üzrə 4 dan , Şotokan Karate – Do üzrə 2 dan qarakəmər sahibi, Şərq əlbəyaxa Döyüş növləri üzrə əməkdar məşqçi Rauf İbrahimov filmə çəkilib. Filmin yaxın zamanda təqdimatı olacaq.

İdmançı filmə çəkilməsi ilə bağlı Yeniçağ.az-a danışıb:

“Kempo idman növü haqqında 35 dəqiqəlik sənədli filmdir. Təqdimatı üçün hələ yer seçməmişik, amma yaxın zamanda həll edəcəyik. Filmin çəkilişləri yaydan başlayıb. Sadəcə, bəzi işlər maliyyə ilə bağlı gecikirdi. Film üçün məkanlar, təkrar çəkilişlər… bunlar hamısı maliyyə tələb edir. Büdcəmizi özümüz təmin etməyə çalışdıq. Kempo idman növü ilə bağlı film çəkmək təklifi hazırkı rejissorumuzdan gəldi, produseri isə özüməm. Ancaq filmin daha keyfiyyətli alınması üçün üzərində işləyənlər var: redaktor, ikinci operator, montajçı kimi …”

Aygün İlqarqızı

Yenicag.az

Foto Qalereya:

Xəbərlər, İdman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti