!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı idmançı rəqibini kürəyində daşıdı – Foto

!Reklam – Yazi


aysunfutAzərbaycanın futbol üzrə U-19 millisinin və Türkiyənin “1207 Antalya Döşemealtı Belediyespor” klubunun futbolçusu Aysun Əliyeva etdiyi hərəkətlə diqqət çəkib.

Yeniçağ.az Türiyə mətbuatına istinadən xəbər verir ki, o, “Kireçburnu” ilə matçda rəqib komandann nigeriyalı oyunçusu Ljeoma Quins Danielsi kürəyində daşıyıb.

Matç zamanı zədələnərək, meydanı tərk edən Daniels ağrıdan yarıyolda yıxılıb. Bunu görən Aysun rəqib futbolçuya yaxınlaşaraq, onu texniki zonaya qədər aparıb.
Matçdan sonra A.Əliyeva hərəkətini belə açıqlayıb:

“Əvvəlcə Danielsin qolundan tutaraq aparmaq istədim. Sonra gördüm ki, gedə bilmir. Mən də onu kürəyimdə daşıdım. Qızın vəziyyəti pis idi, gəzə bilmirdi. Bundan əvvəl mən də zədələnmişdim. Ona görə də rəqibin nələr yaşadığını bilirdim. Ona görə də Danielsə kömək etdim”.

Qeyd edək ki, Sarıyer İdman Klubunun fotoqrafı Feridun Gömleksiz A.Əliyevanın Danielsi belində daşıdığı anın şəklini çəkib. O, “Fair Play” mükafatının A.Əliyevaya verilməli olduğunu vurğulayıb.

https://youtu.be/-8XQlkGF94w

Yenicağ.Az

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv