24637terUkraynanın Donetsk vilayətində azərbaycanlı iş adamı, keçmiş dövlət məmuru separatçılar tərəfindən avtomobilində partladılaraq öldürülüb.

Donetsk Vilayəti Azərbaycanlıları Konqresindən verilən məlumata görə, öldürülən şəxs 1954-cü il təvəllüdlü Ukrayna vətəndaşı Mamedov Oleq Nəsib oğludur.

O. Mamedov oktyabrın 7-də axşam saatlarında Donetsk vilayəti ərazisindəki şose yolunda şəxsi avtomobili ilə hərəkət edərkən qumbaraatanla atəşə tutulub. Avtomobilin partlaması nəticəsində o, həlak olub. Onun meyiti Ukrayna əsgərlərinin müşayiəti ilə ərazidən çıxarılıb və Donetsk şəhəri ətrafında dəfn olunub.

O. Mamedov 1980-90-cı illərdə Luqansk vilayətində kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışıb, son dövrlər isə şəxsi biznesi ilə məşğul imiş(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."