www.sinerjipro.net

SinerjiProWide
Reklam

877663b4c10708bfc2df9d41aa106acfVahid Babayev İlovaysk şəhərində qarşılaşdığı quldurlara müqavimət göstərib

Ukraynanın Donetsk vilayəti ərazisində azərbaycanlı iş adamı silahlı separatçılarla atışmada yaralanıb və ölüb. Donetsk vilayəti Azərbaycanlılar Konqresindən verilən məlumata görə, bu şəxs Ukrayna vətəndaşı, 1975-ci il təvəllüdlü Vahid Babayevdir.

V. Babayev Donetskin İlovaysk şəhərində bir qrup silahlı separatçı ilə qarşılaşıb. Silahlıların onu girov götürmək cəhdinə müqavimət göstərən iş adamlı ilə quldurlar arasında atışma baş verib. V. Babayev ağır yaralanıb və quldurların mühasirəsində qalaraq onların əlinə düşməmək üçün şəxsi silahı ilə özünü öldürüb. Onun meyiti təxminən 10 gün separatçıların nəzarətindəki ərazidə qalıb. Donetskdəki azərbaycanlıların və Ukrayna tərəfinin apardığı danışıqlar nəticəsində meyiti çıxarmaq mümkün olub. V. Babayev doğulduğu Odessa şəhərində dəfn edilib.

Qeyd edək ki, Vahid Babayevin atası mingəçevirlidir(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 36
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."