Yazı İçi 468×60

856795b4210c5b05ab5c9fd6e19c0c4a__1440xMoskvadakı “Şeş-beş” restoranlar şəbəkəsinin sahibi Qeys Məmmədovun sürücüsünün öldürülməsinə görə Moskvada yerləşən Osetiya cəmiyyətinin rəhbəri Valeriy Kabolov və onun oğlu 24 yaşlı İnal saxlanılıb.

İstintaqın versiyasına görə, məhz Kobalov və onun oğlu sürücünün qətlini sifariş ediblər. Belə ki, bir həftə öncə qətl törətməkdə şübhəli bilinərək saxlanılan “killer” SK öz izahatında Qeys Məmmədovun sürücüsünü Valeriy Kabolov və onun oğlu 24 yaşlı İnalın sifarişi ilə qətlə yetirdiyi etiraf edib.

Qeyd olunub ki, sürücü etnik qruplaşmalar arasındakı biznes sövdələşməsinin qurbanı olub. Həmin etnik qruplaşmaya Azərbaycan və Şimali Osetiya vətəndaşları daxil olub və onların ortaq biznesi olub.

Araşdırma zamanı məlum olub ki, o, Moskvann mərkəzində yerləşən binanın bölgüsü zamanı yaranan narazılıq nəticəsində qətlə yetirilib. Ata və oğula yaxın günlərdə ittiham irəli sürüləcəyi gözlənilir.

Qeyd edək ki, Qeys Məmmədovun sürücüsü başından güllə ilə vurulub. Daha sonra yataq kisəsinə salınaraq Moskva çayına atılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 26
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."