www.sinerjipro.net

SinerjiProWide
Reklam

court_281114Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövlətinin (İŞİD) tərkibində döyüşməkdə təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Əzizov 14 il, N.Quliyev 11 il 6 ay, İ.Əzizov 14 il, B.Şirinov 13 il 6 ay, Ə.Şamxalov 2 il 6 ay, E.Mirzəbəyov 7 il, R.Bədəlov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində müəyyən edilib ki, E.Əzizov, N.Quliyev, R.Bədəlov, İ.Əzizov, B.Şirinov, E.Mirzəbəyov və Ə.Şamxalov 2013-2015-ci illərdə müxtəlif vaxtlarda Suriya və İraqda həmin dövlətlərin, habelə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətlərində iştirak ediblər. (Trend)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 35
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."