!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı İŞİD-çilərin sayı açıqlandı - Rəsmi

!Reklam – Yazi

“İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib”.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib.

“Əməkdaşlarımız hazırda İraqdadırlar və araşdırırıq ki, bu məlumat düz və ya səhvdir”.

“Son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşı qara təbliğata inanıb İŞİD-ə qoşulub. Onlar inanıblar ki, yaxşı iş görüblər. Amma əslində bu cinayət işidir”.

Onun sözlərinə görə, 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub: “Onlardan 85-i hüquq-mühafizə orqanlarımız tərəfindən saxlanılıb və pentensiar xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib. Bir çoxu isə döyüş zamanı həlak olub”.

“Azərbaycanda müvafiq qurumlarla birgə planlı şəkildə işlər aparılır ki, azərbaycanlı gənclər dini radikalizmlə bağlı səhv yollara uyub getməsinlər”.

M.Quliyev bildirib ki, Azərbaycan sivil dövlətdir, böyük sürətlə və tərəqqi ilə inkişaf edən dövlətdir: “Xalqımız möhtərəm Prezident ətrafında sıx birləşib, idman, mədəniyyət, incəsənət artıq Azərbaycanı bütün dünyada tanıtdırır. Belə bir dövlətdə gedib qara-qara işlərlə məşğul olmaq təbii ki, yaxşı hal deyil”.

Onun sözlərinə görə, Azərbaycanda da xeyli sayda terrora cəhd hazırlığı görənlər olub. Onlar da DTX-nın əməkdaşları tərəfindən zərərsizləşdirilib: “Azərbaycanın hüquq-mühafizə orqanları bu gün dövlət başçısının tələblərini yerinə yetirərək bu kimi cəhdlərin qarşını vaxtında ala bilirlər”.

M.Quliyev qeyd edib ki, hərbi qulluqçuların dövlətə xəyanət etməsi ilə bağlı görülən işlər məxfi olduğuna görə ətraflı məlumat vermək düzgün deyil: “Bu istiqamətdə hər zaman işlər görülür. Təbii ki, bir sıra dövlət bu kimi yırtıcı cəsusları işlədir. Dövlətin hüquq-mühafizə orqanları bununla mübarizə aparır”.

www.yenicag.az

1598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv