yenicag.az
yenicag.az

Azərbaycanlı jurnalist Ərdoğanın şəxsi təyyarəsində – FOTO

Azərbaycanlı jurnalist Ərdoğanın şəxsi təyyarəsində – FOTO

Müəllif: Redaktor

Editor

5660b26218c7786f20f906ebTürkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan Qətər səfərindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbət edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, onların arasında azərbaycanlı jurnalist Sevil Nuriyeva da olub. Prezident Rusiyanın inşa etdiyi Akkuyu nüvə stansiyası, Türkiyə-İsrail əlaqələrinə dair, İŞİD-lə mübarizə və Qətərlə əldə edilən razılaşmalarla bağlı jurnalistlərin ünvanladıqları sualları cavablandırıb.

Qeyd edək ki, Sevil Nuriyeva Azərbaycanın Türkiyədə layiqli təmsilçilərindən biridir. Beləki, xanım jurnalist öz fəaliyyətində davamlı olaraq Azərbaycanın mövqeyini işıqlandırmaqdadır. Qarabağ məsələsində, Azərbaycanın dünya siyasətindəki yeri məsələsində ciddi şəkildə öz mövqeyini ortaya qoymaqdadır. Hətta, qeyd etmək lazımdır ki, Sevil Nuriyevanın tək başına fəaliyyəti Azərbaycanın Türkiyədəki bir çox dərnəklərinin toplam fəaliyyətindən daha effektivdir, daha nəticə verəndir, yəni Sevil Nuriyevanın Azərbaycan üçün göstərdiyi fəaliyyət, Azərbaycanla bağlı göstərdiyi xidmətlər danılmazdır. Ərdoğanın məhz Sevil Nuriyevanı bu önəmli səfərə dəvət etməsində də, bu amil özünü göstərmişdir.

Onu da əlavə edək ki, həmyerlimiz daha əvvəl də Fransanın paytaxtı Parisə səfər edən Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğanı müşayiət edənlər arasında olmuşdu.

Media, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti