yenicag.az
yenicag.az

Azərbaycanlı jurnalist İtaliya mediasında tolerantlıq ənənələrimizdən yazdı

Azərbaycanlı jurnalist İtaliya mediasında tolerantlıq ənənələrimizdən yazdı

Müəllif: Redaktor

Editor

unnamed-8“Diaspor” Jurnalistlər Birliyinin sədr müavini, jurnalist Əli Zülfüqaroğlunun yazısı İtaliya mediasında yayımlanıb. İtaliyanın nüfuzlu “Riverflash.it” saytının manşetində yer alan yazıda Azərbaycanın multikulturalizmindən, tolerant ənənələrindən bəhs edilib. “Tolerantlıq məkanı – Azərbaycan” adlı yazıda vurğulanıb ki, bu gün dünyada etnik və dini zəmində qarşıdurmalar baş verir: “Bu cür problemlərin yaşanmaması üçün ən optimal yol multikulturalizmdir.
Əhalinini böyük hissəsinin müsəlman olduğu Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan Şərqdə yeganə dövlətdir ki, multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırıb”.

Azərbaycanda tarixən azsaylı xalqların və digər dinlərin nümayəndələrinin qardaşlıq şəraitində yaşadığı vurğulanan yazıda bildirilib ki, bu mühit indi də davam edir: “Əhalinin böyük hissəsi müsəlman olsa da Azərbaycanda digər dinlərin nümayəndələri də özlərini rahat hiss edə və öz dini ayinlərini maneəsiz yerinə yetirə bilirlər. Bu da Azərbaycan xalqının tolerentlığının və tolerantlığa yüksək dəyər verməsinin nümunəsidir. Tolerantlıq Azərbaycan xalqının genetkiasıdır. Azərbaycanda indiyə qədər etnik və dini zəmində heç bir qarşıdurma olmayıb. Bundan başqa Azərbaycanda bütün etnik xalqların, eləcə də yəhudilərin, rusların və digər millətlərin nümayəndələri parlamentdə təmsil olunurlar. Azərbaycanda bütün dinlər azaddır və onlaırn nümayəndələri sərbəst şəkildə öz dini ayinlərini yerinə yetirirlər.

Ölkəmizdə sinaqoqlar, digər dini ibadətgahlar, klilsələr, o cümlədən katolik kilsəsi fəaliyyət göstərir. İslam ölkəsi olan Azərbaycanın paytaxtının mərkəz və gözəl yerlərində kilsələr inşa olunub. Onlara yüksək səviyyədə şərait yaradılıb, daim dövlət qayğısı var və yardımlar edilir”.

Bildirilib ki, Prezident İlham Əliyev Azərbaycanda 2016-cı ili Miltikulturalizm ili elan edib: “Dövlət başçısı “Multikulturalizmin alternativi yoxdur” deməklə bu siyasətə ciddi önəm verdiyini ifadə edib”.

Həmçinin oktyabrın 2-də Roma Papası Fransiskin Azərbaycana səfərinin təsdadüfi olmadığı önə çəkilib. Qeyd olunub ki, səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ilə görüşlər keçirilib.

Yazıda Prezident İlham Əliyevlə yanaşı, həmçinin Roma Papası, Azərbaycandakı Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, CNN-nin Vatikandakı müxbiri, Roma Katolik Kilsəsi başçısının Cənubi Qafqaza səfəri çərçivəsində onu müşayiət edən Delia Qallagerinndən sitatlar yer alıb.

Sonda qeyd olunub ki, Azərbaycan dünyaya öz tolerant ənənənləri ilə nümunə ola biləcək ölkədir: “Bu təcrübədən yararlanmaq dünyada sülhə xidmət edə bilər. Mən italiyalı həmkarlarımı Azərbaycana dəvət edirəm. Onlar Azərbaycana gələrək, bütün bunları öz gözləri ilə görə və reportajlar hazırlaya bilərlər…”.
Xatırladaq ki, Əli Zülfüqaroğlu eyni zamanda Baymedia.az İnformasiya Agentliyi və “Xalq Cəbhəsi” qəzetinin əməkdaşıdır.

Yazıya bu linkdən baxmaq mümkündür:
http://www.riverflash.it/wordpress/?p=82313

 

Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti