Yazı İçi 468×60

kebuterhaqTanınmış azərbaycanlı jurnalist Kəbutər Haqverdi Türkiyə radiosunda veriliş aparacaq.

Jurnalist “Yeşil Karadeniz” radiosunda “Azərbaycan saatı” proqramını aparmaq üçün dəvət alıb. Proqram Azərbaycan mədəniyyətinin Türk dünyasında daha yaxından tanıdılması üçün fəaliyyət göstərir.

K.Haqverdi məlumatı AzNews.az-a təsdiqləyib. Bildirib ki, fevral ayı radioda “Xocalı ayı” elan olunub. Məhz bu səbəbdən sözügedən verilişə dəvət alıb və ay ərzində radio vasitəsilə Xocalı həqiqətləri dünyaya çatdırılacaq.

Qeyd edək ki, K.Haqverdi “Qar qan rəngiydi o gecə”, “Cənnətdən sürgün” kitablarının müəllifi və eyni zamanda “hocalihaber.com” xəbər saytının rəhbəridir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."