yenicag.az
yenicag.az

Azərbaycanlı məmurun qohumu qəzaya düşdü – Biznesmenin qızı ilə birgə öldü-Foto

Azərbaycanlı məmurun qohumu qəzaya düşdü – Biznesmenin qızı ilə birgə öldü-Foto

Müəllif: Redaktor

Editor

bf30e114f7c167de6b58214fc829185c__1440xİsveçrədə tanınmış rusiyalı biznesmen Platon Lebedovun 19 yaşlı qızı azərbaycanlı ilə birgə ağır yol qəzasında həlak olub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət etdiyi ehtimal edilən BMW X6 markalı avtomobil körpüdən gölə aşıb. Qəzada ölən sürücü isə Diananın dostu olaraq təqdim edilən azərbaycanlı 23 yaşlı Azər Yaqubov olub. Şahidlər olmadığı üçün batan avtomobili tapmaq üçün bir neçə saat vaxt sərf edilib.

Rusiya mətbuatı A.Yaqubovun Rusiya hökumətinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlınskinin yaxın qohumu olduğunu yazır. Qeyd edilir ki, S.Şıxlinski bu yaxınlarda “Vətənə xidmət” ordeni ilə təltif edilib.

Qəzada həlak olan sürücü Yaqubovun İsveçrədə Amerika məktəbində magistr təhsili aldığı qeyd edilir.

Hazırda meyitin təsdiqlənməsi üçün Yaqubovun qohumları İsveçrədədirlər.

A.Yaqubovun atası isə açıqlama verərək oğlu ilə sonuncu dəfə ölümündən bir gün əvvəl danışdığını deyib. Atasının sözlərinə görə, oğlu heç vaxt spirtli içkidən istifadə etməyib.

***

İsveçrədə biznesmen Platon Lebedevin nəvəsi Diana Lebedeva ilə birlikdə qəzada həlak olan Azər Yaqubov Rusiya hökumətində vəzifə tutan Sübhi Şıxlinskinin qohumu deyil. Bu barədə məşhur Şıxlinskilər nəslinin digər nümayəndəsi, məşhur radioaparıcı İradə Şıxlinskaya virtualaz.org-a məlumat verib. İrada Şıxlinskaya Sübhi Şıxlınskinin bacısıdır. Onun bildirdiyinə görə qəzada həlak olan gəncin bu ailə ilə qohumluq əlaqələri yoxdur.

Kriminal, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti