Ads by Google

hightechnic
Ads by Google

15878712_1175845319198495_1735017517_nAttila Kaya MHP sədri postundan istefa verdi

Bu gün Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini Attila Kaya tutduğu postdan istefa verib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, A. Kaya yazılı açıqlamasında MHP lideri Dövlət Bağçalının parlamentdə və referendumda Türkiyədə prezident üsul-idarəsinə keçidi nəzərdə tutan Konstitusiyaya dəyişikliklərə səs verəcəyini bəyan edəndən sonra belə bir qərar verdiyini bildirib.

Prezident üsul-idarəsinin əleyhinə olan A. Kaya ikiüzlü davrana bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, millət vəkili olan A. Kaya partiyada sıravi üzv kimi fəaliyyətini davam etdirəcək. A. Kaya D. Bağçalının ən çox etimad göstərdiyi şəxslərdən biri olub.

Yenicag.az

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 37
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."