Yazı İçi 468×60

Forbes jurnalı Rusiyada ən nəhəng 200 özəl şirkətin reytinqini açıqlayıb.

Yenicag.az xəbər verir ki, siyahıya azərbaycanlı milyarder Vahid Ələkbərovun prezidenti olduğu “LUKoil” neft-qaz şirkəti liderlik edib.

Reytinq cədvəlində ikinci sırada “Maqnit” şirkəti qərarlaşıb. İlk üçlüyü “X5 Retail Group” bağlayıb.

Ötən il sözügedən siyahıda ikinci sırada qərarlaşan “Surqutnefteqaz” isə bu il 2 pillə geriləyərək 4-cü yeri tutub.
5-ci sırada tütün məmulatlarının topdan satışı ilə məşğul olan “Meqapolis”, 6-cı sırada “Veon”, 7-ci sırada “Tatneft”, 8-ci sırada “Norilskiy nikel”, 9-cu sırada “Novatek”, 10-cu sırada isə “Rusal” şirkətinin adına rast gəlmək mümkündür.

Qeyd edək ki, siyahıda ikinci yerdə qərarlaşan və pərakəndə ticarətlə məşğul olan “Maqnit” şirkətinin təsisçisi və hazırki ortaqlarından biri Sergey Nikolayeviç Qalitskidir. Milliyyətcə erməni olan və Arutunyan soyadı daşıyan milyarder evləndikdən sonra arvadının soyadını götürüb. O, həmçinin “Krasnodar” futbol klubunun prezidentidir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3126
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."