!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı milyarderin otellərinə həmvətənlərimizin girişi qadağandır? - Açıqlama

!Reklam – Yazi

Azərbaycanlı milyarder Qabil Həsənov Türkiyənin Antalya şəhərində sahib olduğu otellərə öz millətindən olan müştəriləri buraxmır.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynalı “facebook” hesabında paylaşım edib.

Məsələ ilə bağlı araşdırma apardığını bildirən Zeynallı, maraqlı faktla üzləşdiyini bildirib. Onun sözlərinə görə, azərbaycanlıların buraxılmadığı sözügedən otelə gələn erməni müştərilərə “gözün üstündə qaşın var” deyilmir.

Yenicag.az-ın araşdırması nəticəsində məlum oldu ki, Qabil Həsənov 2012-ci ildə Antalyada “Amara Beach” otelini satın alıb.

Bundan başqa onun Antalyanın Belek bölgəsində “Alva Donna” adlı beş ulduzlu oteli də var.

Qabil Həsənovun sahib olduğu otellərin sayı bununla bitmir. O, eyni zamanda “Kiriş PGS” otelinin də sahibidir. Bu otel də digərləri kimi beş ulduzludur.

Araşdırmamız nəticəsində o da məlum oldu ki, adıçəkilən şəxs Türkiyədə “Sahil M” inşaat şirkətinin sahibidir. Bu şirkətdə onun sərmayəsi isə 50 milyon türk lirəsi təşkil edir.

Yazı yayımlandıqdan sonra saytımızla əlaqə saxlayan türkiyəli dostlarımızdan Ziya Şahin məsələ ilə bağlı narahat olduğu üçün otel rəhbərliyi ilə görüşdüyünü bildirdi: “Mən Alva Donna Hoteli ilə görüşdüm. Təəssüf ki, xəbər doğru deyil. Belə ki, görüşdüyüm Şahin Baş adlı otel idarəçisi “Azərbaycandan kimsə gələcək, biz yox deyəcəyik? Belə şey olar? Bu dəqiqə kim istəyirsə, gəlib gözləri ilə görə də, qala da bilər”. Yəni, mənim ölkəmdə qanun-qayda var. Heç bir otel müştəri ayrı-seçkiliyi edə bilməz. Nə Əvəz Zeynallı, nə də digərləri Türkiyəni Afrikanın balta görməmiş meşəsi hesab etməsinlər. Azərbaycana qarşı ən kiçik yalnışı belə özümüz düzəldərik. Burada da ciddi bilgi kirliliyi var. Hesab edirəm ki, əgər təkcə o oteldən deyil, Türkiyədə hər hansısa məsələdən şikayəti olan azərbaycanlı qardaşım varsa, dövlətə müraciət edər və mənim dövlətim məsələni anında həll edər”.

Qeyd edək ki, Ziya Şahin Azərbaycandan hələ də bəlli olmayan səbəblərdən deport olmasına baxmayaraq, Türkiyədə ölkəmizi sistemli şəkildə müdafiə edən, xüsusilə erməni məsələsində həssas şəxslərdəndir.  

“Alva Donna Hotels” şirkətinin baş koordinatoru Şövkət Bilən də axar.az-a eksklüziv açıqlamasında bildirib ki, yayılan bu məlumatların heç bir əsası yoxdur:

“Şirkətimiz məhz ermənilərə xidmət etmir və Ermənistanla heç bir əlaqəmiz yoxdur. Başda Azərbaycan olmaqla isə MDB ölkələrinin hamısında turizm şirkətləri ilə müqavilələrimiz var. Bundan əlavə, istənilən Azərbaycan vətəndaşı istədiyi vaxt internet üzərindən şirkətimizin saytına girməklə, otel nömrəsi bron edə və bizim yüksək səviyyəli xidmətimizdən bəhrələnə bilər”.

Ş.Bilən xüsusilə vurğulayıb ki, Azərbaycanda yayılan bu xəbərlərdən məlumatlıdırlar və bunu qara piar hesab edirlər: “Bu, şirkətimiz əleyhinə, işgüzar nüfuzumuzu ləkələməyə çalışanların apardığı çirkin kampaniyadır və biz buna qarşı mütləq addımlar atacağıq. Artıq hüquq şöbəmiz də məlumatlandırılıb və biz bu kampaniyanı başladanları məhkəməyə verəcəyik”.

 

www.yenicag.az

9030
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv