Azərbaycanlı milyonçunun oğlunu hansı “vor zakon” oğurlatdırıb?

Müəllif: Redaktor

Editor

118575_res_01Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk üzrə keçmiş sədri, hazırda biznes fəaliyyəti ilə məşğul olan Malik Pirverdiyevin oğlunu oğurlayıblar.

Xəzərnews.az xəbər verir ki, M.Pirverdiyevin oğlu bir neçə müddətdir oğurlansa da bu fakt ictimaiyyətdən gizli saxlanılır, yalnız onun itkin düşdüyü barədə informasiyalar verilir.

M.Pirverdiyevin oğlu Camal Pirverdiyev 1993-cü ildə anadan olub, 22 yaşı var, sosial şəbəkələrdə fəal olub və komfort həyat tərzini nümayiş etdirməyi çox xoşlayıb.

İnternetdə axtarışlar zamanı hətta C.Pirverdiyevin Ukraynada söz-söhbətə səbəb olan bir neçə hadisədə iştirakı ilə də rastlaşmaq mümkündür.

Ukrayna internet saytlarında C.Pirverdiyevin 2015-ci il, oktyabrın 14-də itkin düşdüyü barədə informasiyalar yer alıb. Bildirilir ki, M.Pirverdiyev Donetskdə nüfuzlu azərbaycanlı iş adamlarındandır. Onun oğlunun Azərbaycanda çəza çəkən “Quli” ləqəbli “qanuni oğru”nun adamları tərəfindən oğurlandığı iddia olunur.

Qeyd edilir ki, M.Pirverdiyevlə yanaşı başqa bir iş adamının da hazırda Ukraynada təhsil alan oğlu məlum dəstə tərəfindən oğurlanıb.

XəzərNews.az oğlu oğurlanan ikinci iş adamının da kimliyini araşdırır. Verilən məlumata görə, hər iki oğurlanan gəncin buraxılmasından ötrü ayrı-ayrılıqda 1 milyon dollar “xərac” tələb olunur.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Cinayət Axtarış Baş İdarəsi və “Vaşaq” xüsusi çevik dəstəsinin əməkdaşları adam oğurluğu, soyğunçuluq və zorakılıq əməllərində şübhəli bilinən etnik mütəşəkkil qrupun üç üzvünü yaxalayıb. Şübhəli şəxslərin hazırda Azərbaycanda cəza çəkməkdə olan “Quli” ləqəbli “qanuni oğru”nun idarə etdiyi bildirilir.

Xatırladaq ki, həmin “vor zakon”un “Lotu Quli” olduğu güman edilir.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir