Azərbaycanlı müəllim Türkiyədə faciəvi şəkildə öldü-FOTOLAR

Müəllif: Redaktor

Editor

c9bd8cdb5387d504c502603eee2a6b3fTürkiyənin Muş vilayətində azərbaycanlı müəllimin idarə etdiyi avtomobil yoldan çıxaraq dərəyə aşıb, sürücü ölüb.

49 MA 001 nömrə-nişanlı avtomobili idarə edən Muş Alparslan Universitetinin dosenti Fariz Fərzəli aldığı xəsarətdən hadisə yerində ölüb, avtomobildəki sərnişin, universitetin daha bir müəllimi Musa Gümüş isə ağır xəsarət alıb.

Fariz Fərzəlinin qohumlarının verdiyi məlumata görə, Anadolu Universitetində ali təhsil alan Fariz Fərzəli məzun olduqdan sonra Türkiyədə qalıb. 40 yaşlı dosent Muş Alparslan Universitetinin ədəbiyyat fakültəsində tarix müəllimi olub. Onun 3 övladı var(APA).


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir