Azərbaycanlı müğənni qəzaya uğradı

Azərbaycanlı müğənni qəzaya uğradı

Müəllif: Redaktor

Baş Redaktor

cxvcv7Azərbaycanlı müğənni, “Xalq ulduzu” yarışmasının iştirakçısı Səbirə Kazımova avtomobil qəzasına düşüb.

Qəza Biləsuvarda baş verib. Hadisə baş verən an maşında müğənni ilə yanaşı kürəkəni də olub. Avtomobil rayonda “Beko Mübariz” adıyla tanınan bir şəxsin mağazasına girib.

Nəticədə mağazada satıcı işləyən qız ağır xəsarət alıb, onun ayaqları sınıb. Səbirə Kazımova və kürəkəni də yaralanaraq rayon xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, müğənninin qızının toyu bir neçə gün əvvəl olubmuş.

Kriminal, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti