Azərbaycanlı oğlan “ən yaraşıqlı” oldu – FOTOLAR

Müəllif: Redaktor

Editor

img2192645Gürcüstanda keçirilən “Miss and mister planet – 2016” gözəllik müsabiqəsinin final mərasimi baş tutub.

Müsabiqədə ölkəmizi model Yusif Cəfərli və Anna Qranovskaya təmsil ediblər. Müsabiqənin birincisi azərbaycanlı Yusif Cəfərli olub.

Xanım təmsilçimiz isə “Miss planet”in ulduzu tituluna layiq görülüb. Anna Qranovskaya talant şouda Rihannanın “Diamond” mahnısını ifa edib.

Beynəlxalq layihənin Azərbaycan üzrə direktoru, təşkilatçı Aqil Məmiyev müsabiqə brədə fikirlərini bölüşüb: “Biz paytaxtımızdan müsabiqəyə komanda ilə getmişdik. Mənimlə birlikdə layihənin Azərbaycan üzrə baş prodüseri Pərviz Əzimzadə də orada iştirak etdi. 8 gün davam edən kamp müddətində təmsilçilərimiz yerli və beynəlxalq jürilərin sınağından uğurla çıxdı. Qala gecəsi Batumi Teatrında keçirildi. Təmsilçilərimiz uğurlu nəticə göstərdilər. Bütün münsiflər heyətindən yüksək ballar qazanaraq, “Mister Planet – 2016” tituluna həmyerlimiz Yusif Cəfərli layiq görüldü. Ölkəmizin təmsilçisi illər sonra beynəlxalq model müsabiqələrində yenidən birincilik qazandı”.

Qeyd edək ki, 2007-ci ildə ilk dəfə “Best Model of The World” müsabiqəsində azərbaycanlı iştirakçı birincilik qazanmışdı. Model Rüstəm Cəbrayılov “Dünyanın ən yaraşıqlı kişisi” seçilmişdi.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır