Ads by Google

hightechnic

Azərbaycanlı pəhləvanları aldatdılar - Gürcüstanda

Ads by Google

Dördqat dünya rekordçuları Hüseyn və Laçın Pəhləvanoğlu qardaşları Gürcüstanın Marneuli şəhərində Qafqaz rekordlar federasiyasının təşkilatçılığı ilə keçirilən Dünya rekordlar festivalına dəvət alsalar da, Gürcüstana getdikdən sonra orda çıxış etməkdən imtina ediblər.

Yeniçağ.az xəbər verir ki, buna səbəb federasiya rəhbərliyinin pəhləvanlara hörmətsizliyi olub. Festivaldan əvvəl federasiya prezidentinin ofisinin açılışında pəhləvanlardan rekord nömrələrlə çıxış istənilib. Bununla da, pəhləvanlar festivaldan imtina ediblər. Ancaq sonradan festival adı ilə aldadılaraq dəvət olunan pəhləvanlar yerli və xarici media işçiləri, qonaqlara hörmət əlaməti olaraq hərəyə 3 rekord nömrə nümayiş etdiriblər.

Məsələ ilə bağlı pəhləvanların meneceri olan Xanbala Daşdi Yeniçağa.az-a daha ətraflı danışıb:

“Biz Gürcüstana festivala dəvət almışdıq. Çıxışımızdan əvvəl festivalda deyil, adi bir tədbirdə iştirak edəcəyimiz barədə xəbər tutduq. Amma pəhləvanlarımız gələn qonaqlar, yerli və xarici jurnalistlər qarşısında çıxış etdilər. Şikayət məsələsinə gəldikdə, bununla bağlı qərar verəcəyik. Əgər şikayət etməli olsaq, müraciətimizi Gürcüstandakı səfirliyə ünvanlayacağıq”.

Pəhləvanların meneceri onlara qarşı edilən hərəkətə görə heç üzr belə istənmədiyini deyib:

“Pəhləvanlarımızdan heç bir üzrxahlıq olmayıb. Təkcə orada olan həmvətənlərimiz bu anlaşılmazlıq barədə dil-ağız etdi. Bu barədə Gürcüstan mediası yazdı.

X. Daşdi pəhləvanlarımızın Gürcüstandakı festivala heç bir maddiyyat güdmədən getdiklərini bildirdi:

“Bizə heç bir məbləğ vəd olunmamışdı. Biz də bütün səfər xərclərini özümüz çəkdik. O qədər yol getdik, nəticəsi də belə… Pəhləvanlarımız sadəcə, özlərinə məxsus olan rekordları yeniləmək və 3 yeni rekorda imza atmaq istəyirdilər. Ancaq qarşılaşdığımız mənzərə başqa oldu. Əslində, pəhləvanlarımızın göstərdiyi nəticə “Ginnesin rekordlar” kitabı üçün göndəriləcəkdi. Böyük festival adı ilə getdik, amma bizi aldatdılar… Onu da bildirim ki, bizim o festivalda iştirak etməyimiz üçün Gürcüstandakı səfirlikdən də pul alıblar”.

Təbii ki, yarışın təşkilatçıları da məhz azərbaycanlılar idi. Bilmirəm necə oldu, amma aldandıq. Sonda pəhləvanlarımız rekordlarını yenilədikləri üçün təltif olunduqları mükafatlardan da imtina etdilər. Yeni rekordlar sayılsa pəhləvanlarımız 7 qat dünya rekordçuları hesab olunacaq”.

Menecer onu da bildirib ki, idmançılarımızın başqa ölkələrdə yeni çıxışları gözlənilir.

Qeyd edək ki, Laçın Abdulhüseynov göz almacıqlarının boşluğunda 34 kq. 150 qr. Ağırlığındakı yükü qaldırmaq və onları 8 saniyə saxlamaqla 5 mismarı başı ilə taxtaya vuraraq, 2 yeni rekord qazanıb. Hüseyn Abdulhüseynov isə avtomobili boynu və 41,3 kiloqram çəki daşlarını sinəsi ilə qaldırmaqla yeni rekorda imza atıb.

Pəhləvanlar ayaqlarının və qollarının üstündən ağır avtomobilləri keçirtməklə də yeni göstəricilərə nail olublar .

Aygün İlqarqızı

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 99
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.