www.sinerjipro.net

SinerjiProWide
Reklam

rufat_g1690734MDB məkanında ən nüfuzlu “qanuni oğru” sayılan Zaxari Kalaşov (Şakro Molodoy) azərbaycanlı “qanuni oğru”nu tacından məhrum edib.

İspaniya həbsxanasında 7,5 il cəza çəkdikdən sonra yenidən Moskvaya geri dönən Kalaşov Azərbaycan kriminal aləminin əsas liderlərindən olan Rövşən Lənkəranskinin taclandırdığı və hazırda həbsxanada olan Ülfət Tağıyevi (Rüfət Gəncinski) “oğru” adından məhrum edib.

Məlumata görə, “Matrosskaya tişina” həbsxanasına gətirilən 34 yaşlı Ülfət Tağıyev yerli avtoritetlər tərəfindən qəbul olunmayıb və onun həyatinın təhlükədə olmasını anlayan həbsxana rəhbərliyi “qanuni oğru”nu 2 il ərzində tək kamerada saxlayıb.

Rusiya mətbuatının əldə etdiyi məlumata görə, Ded Xasanın (Aslan Usoyan) qanuni varisi kimi Zaxari Kalaşov son illərdə taclandırılan onlarla “qanuni oğru”nu titulundan məhrum edib.

Yerli hüquq-mühafizə orqanları isə kriminal aləmdə yeni müharibənin alovlanmasından ehtiyatlanır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 25
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."