yenicag.az

Azərbaycanlı rektor Səlahəddin Dəmirtaşı məhkəməyə verdi

Azərbaycanlı rektor Səlahəddin Dəmirtaşı məhkəməyə verdi

Müəllif: Baş Redaktor

Baş Redaktor

desktop_5-4-2016_13-22-39-939

 

Giresun Universitetinin rektoru, Azərbaycan əsilli professor Aygün Attar aprelin 8-də Türkiyə Respublikası Prokurorluğuna şikayət ərizəsilə müraciət edib.  Bu şikayəti ilə o,  PKK Terror Təşkilatının siyasi qanadı olan Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşı dövlətə qarşı savaşa təhrik etmə maddəsilə məhkəməyə verib.

Şikayət ərizəsində göstərilir ki, HDP rəhbəri Səlahəddin Dəmirtaş Rusiyaya səfəri çərçivəsində burada bir çox görüşlər keçirmiş və bununla bağlı mətbuata açıqlamalar verib. Onun bu təmaslarından öncə isə Türkiyənin hava məkanını pozan Rusiyanın hərbi hava qüvvələrinə məxsus təyyarəsinin beynəlxalq qanunlara müvafiq olaraq türk hava qüvvələrinin qırıcıları tərəfindən vurulmuş və bu əsasda da Türkiyə ilə Rusiya arasında məlum gərginlik yaranıb. Bu olayın baş verməsinə baxmayaraq Rusiya xarici işlər naziri ilə görüşən və bu təmasdan sonra Rusiya XİN rəhbərinin yaydığı məlumatdan da göründüyü kimi, onun Rusiyadan PKK terror dəstəsinin bir qolu olan PYD üçün maddi və lojistik yardım istədiyi məlum olub.

Bu əsasda aydın olur ki, HDP lideri Səlahəddin Dəmirtaş və onunla birlikdə səfərdə olan digər şəxslər Türkiyə Cinayət Məcəlləsinin 304-cü maddəsində nəzərdə tutulan dövlətə qarşı savaşa təhriketmə cəhdi üzrə cinayət əməlinə yol veriblər.

Həmin 304-cü maddənin 1-ci hissəsində deyilir: Türkiyə Cümhuriyyəti Dövlətinə qarşı savaş açan və ya düşmən hərəkətlərinə yol verərək xarici dövlət yetkililərini buna təhrik edən və bu əsasda xarici dövlət adamları ilə əməkdaşlıq edənlər 10 ildən 20 ilə qədər həbs cəzasına məhkum edilirlər.  Maddənin 2-ci hissəsində qeyd olunur ki, Türkiyə Cümhuriyyəti Dövlətinin təhküləsizliyinə qarşı cinayət işlədənlərin doğrudan və dolayı olaraq dəstəklənməsi düşmən hərəkəti olaraq qəbul edilir.

Göründüyü kimi və verilən xəbərlərdən də aydın olur ki, bu heyət gərgin bir durumda olan və savaş ehtimalının istisna edilmədiyi Rusiya dövlət rəsmilərini Türkiyə Cümhuriyyətini aşağılayaraq düşməni dəstəkləməklə təhrik edib. Həm də 304-cü maddənin 2-ci hissəsinə görə Türkiyə Cümhuriyyəti Dövlətinin təhlükəsizliyinə qarşı cinayət işlətmək məqsədilə yaranan  terror örgütü PKK/PYD-yə birbaşa və ya dolayısı ilə dəstək veriblər.

Şikayət məktubunda Aygün Attar onu da qeyd edib ki, Dəmirtaş Türkiyə Böyük Millət Məclisinin 05.04.2016-cı il tarixli HDP Qrup toplantısında Azərbaycanla Ermənistan arasında uzun illərdən bəri davam edən Qarabağ probleminə toxunub, beynəlxalq təşkilatlarında Azərbaycan torpağı olduğunu təsdiqlədikləri Dağlıq Qarabağ haqqında “muxtar respublika” ifadəsini işlətmiş, Azərbaycan Silahlı Qüvvələrinin öz torpqlarını işğaldan azad etmək üçün keçirdiyi əməliyyatları “qətliam” olaraq, dəyərləndirmişdir: “Bu şəxsin ondan əvvəlki çıxışlarına da nəzər yetirilərsə, Azərbaycan türklərinə qarşı kin və düşmənçiliyi sabitdir. Məsələn, Kobani hadisələri zamanı PKK-PYD terror təşkilatını Azərbaycan silahlı qüvvələri ilə eyniləşdirərək, “Kobani Qarabağda olsaydı, bu iqtidar nə edərdi” deyə, Azərbaycan türklərini silahlı terror örgütü ilə müqayisə etmişdir. Dəmirtaş Azərbaycan türklərini hər fürsətdə təhqir edərək, bu ölkənin Türkiyə ilə münasibətlərini gərginləşdirmək istəyir. O, bununla Türk Cəza Qanununun 216-cı maddəsində göstərilən “Xalqı kin və düşmənliyə təhrik etmə və təhqir etmə” cinayətini həyata keçirib. Bu səbəbdən də, Səlahəddin Dəmirtaşın TCQ-na müvafiq şəkildə cəzalandırılmasını tələb edirəm”.

Qeyd edək ki, A.Attar Giresin Universitetinin rektorudur. Bir müddət öncə keçirilən rektorluq yarışlarında azərbaycanlı rektor birinci yeri tutub. Lakin Türkiyədəki bəzi ermənipərəst qüvvələr azərbaycanlı xanım rektorun yenidən seçilməməsi üçün çalışırlar.

Yenicag.az

12966591_10207913310463396_1282520749_n

12966055_918451884938221_456629397_n

Kriminal, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti