Azərbaycanlı sahibkarlar Rusiyada aclığa başladı

Müəllif: Redaktor

Editor

108105_res_01Sentyabrın 1-də Rusiyanın Kirov şəhərində Komsomolski meydanında ticarət yarmarkasında sahibkarların və “özüməşğul şəxslərin” aclıq aksiyası başlayıb. Aksiyada 20-yə yaxın Rusiya və Azərbaycan vətəndaşı iştirak edir.

Kasparov.Ru müxbirinin xəbər verdiyi kimi, sahibkarlar mini-bazarın ləğv edilməsini dayandırmağı tələb edirlər. Pavilyon sahiblərinin elektrik enerjisini artıq kəsiblər.

Ağaclar kəsilir. Bazarın yerində şəhər administrasiyası ödənişsiz avtomobil dayanacağı və piyada zonası tikməyi planlaşdırır. Məmurların fikrincə, yarmarka şəhərin görünüşünü pozur. Aksiya iştirakçıları hesab edirlər ki, bazarın bağlanması sosial gərginlik yaradacaq, yüzlərlə insan işini itirəcək. Sahibkarlar artıq altı etiraz aksiyası keçiriblər, onlar bazarın ləğv edilməsini dayandırıb onun rekonstruksiya planını təklif ediblər.

Amma təkliflər Kirov meriyası tərəfindən nəzərdən keçirilməyib, etiraz aksiyaları vəziyyəti dəyişməyib.

Aksiya iştirakçıları bəyan ediblər ki, aclıq aksiyası müddətsizdir, gecə çadır qurulacaq. Bazarın bağlanmasından narazı olan daimi alıcılar da sahibkarlara qoşulmağa hazırlaşırlar.

Komsomolski meydanında aksiya hakimiyyət ilə razılaşdırılmadan keçirilir, amma etiraz edənləri qovmaq cəhdləri həyata keçirilməyib (oxu.az).



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır