484716Rusiyanın Surqut şəhərində azərbaycanlı faciəvi şəkildə ölüb.

Yenicag.az report-a istinadən xəbər verir ki, hadisə Çexov küçəsində yerləşən ev 14/4-də baş verib.

1990-cı il təvəllüdlü gənc sevdiyi qızın yaşadığı binaya gələrək onu mənzilin girişində bıçaqlayıb. Döş və qarın nahiyələrindən bıçaq xəsarətləri alan 25 yaşlı qız hadisə yerindən qaçmağı bacarıb və ətrafdakıları köməyə çağırıb.

Gənc oğlan isə 9-cu mərtəbənin pəncərəsindən yıxılaraq ölüb. Onun hadisəni törətdikdən sonra özünə sui-qəsd etdiyi də bildirilir.

Yaralı qız isə ağır vəziyyətdə yerli xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, hadisədən bir müddət əvvəl gənc oğlan qızdan sevgi hisslərinə rədd cavabı aldığı üçün onu öldürəcəyi ilə hədələyib.

Qızın polisə şikayətindən sonra miqrant Azərbaycana deportasiya olunub. Lakin o, qisas almaq üçün yenidən Surquta qayıtmağı bacarıb.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."