!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı tələbə erməni alimi işsiz qoydu - Polşada

!Reklam – Yazi

Azərbaycan Dillər Univeristetinin 2012-2016-cı illərdə tələbəsi olmuş 1995-ci il təvəllüdlü Şirəliyeva Fatimə Kamil qızı 2014-2015 ci illərdə tələbə mübadiləsi proqramı ilə Polşa Respublikasının Lodz şəhərində təhsil almağa göndərilir.

Fatimə təhsil aldığı müddətdə Dağlıq Qarabağ mövzusunda keçirilən tədbirlərdə fəal iştirak etməklə bərabər,eyni zamanda univeristetin ən aktiv tələbəsi kimi Azərbaycan həqiqətlərinin Polşa içtimayyətinə çatdırılmasında mühüm rol oynayan gənclərdən birinə çeveilir. Fatimənin aktivliyi Lodz Universitetinin rəhbərliyi tərəfindən də rəğbətlə qarşılanır.Elə bunun nəticəsidir ki,univeristet rəhbərliyi Azərbaycandan olan tələbələrin müxtəlif lahiyələrini dəstəkləyir.

Amma sən saydığını say, gör əsrlərdir xalqımıza qarşı məkirli düşmən münasibətində olan ermənilər nə sayır.

Fatimə içtimai tədbirlərdə aktiv olduğu kimi,dərslərində də seçilən tələbələrdən biri olaraq imtahanlarda yüksək ballar qazanmaq əzimkarlığı ilə yeni imtahana girir.

Ümumi fənlər üzrə hazırlaşdığı imtahanda mövzu olaraq “Ailə münasibətləri və Ailələrin formalaşmasında sosial mühit” istiqmətini seçir.Ümumi fənlər üzrə Fatiməyə dərs deyən müəllim atalıq məzuniyətinə getdiyindən imtahanlara univeristetin erməni millətindən olan Krakovyan adlı müəllimi götürəcəyi məlum olur.

“Bu müəllim imtahanlara kimi bir neçə dəfə dərslərimizə də girirdi.Mənim Azərbaycandan olduğumu biləndən sonra bunun hərəkətləri,fikirləri tamam dəyişmişdi.Mən imtahana erməni müəllimin girəcəyini bildikdən sonra,mövzumu dəyişdim və “Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan” istiqamətində hazırlaşdım.

İmtahanda bu istiqamətdə hazırladığım məruzəmi səsləndirəndə Krakovyan bir neçə dəfə mənə səflər çıxarmağa çalışdı.Amma mən ona bütün həqiqətləri çatdıranda susmalı oldu.Bütün tələbələr mənim çıxəşımdan sonra alqışladıqda erməni müəllim daha da qəzəblənirdi”-deyən Fatimə bildirdi ki,imtahandan sonra Krakovyan ona imtahanın cavabın email adresinə göndərəcəyini bildirir.

Krakovyan Fatimənin email poçtasına göndərdiyi imtahan cavabında qiymət almadığını və kəsildiyini bildirir.

Fatimə Krakovyanın bu hərəkəti ilə bağlı Lodz Univeristetinin rəhbərliyinə məlumat verir və ona Krakovyanın 15 ildən artıq müddətdi univeristetdə çalışdığı və ona bu günə kimi hansısa iradların bildirilmədiyi deyilir.

Fatimə yenə də ruhdan düşmür.Univeristetdə keçirdikləri sosial tədbirlərdə iştirak edən Polşa Respunlikasının Təhsil naziri bu dəfə də univeristetə gələsi olur.Fatimə nazirə yaxınlaşaraq Krakovyanın ona qarşı haqsızlıq etdiyini,Azərbaycandan olduğu üçün imtahandan kəsdiyini bildirir.

Təhsil naziri Fatimənin dinlədikdən sonra,nazirin göstərişi ilə Krokovyan univeristetdən qovulur.

Bir Azərbaycanlı tələbənin ortaya qoyduğu mücadilə məkirli düşmənin 15 illik Polşa məcarasına son qoyursa,deməli Azərbaycan gəncliyi daha güclüdü.

Fatimə deyir ki,bu haqda istməyib bu günə kimi hardasa adı hallansın.Amma əksinə Fatimə və onun timsalında yüzlərlə gənclərimiz belə əzimkarlıqları sayəsində əldə etdikləri uğurları hərkəsin bilməsi vacibdi.Biz müasir dünyada informasiya müharibəsində də düşmənə qalib gəlməliyik. Düşməni psixoloji baxımdan sındırmaq,qalib gəlmək üçün istənilən platforumlarda qazınılan uğurlar işiqlandırılmalıdır.

Redaksiyadan: Fatimə Şirəliyeva doğurdan da böyük bir iş bacarıb.Inşallah gələcəkdə də Fatimə düşməni sarsıdacaq uğurlar əldə edər və buna inanırıq.(veteninfo)

Yeniçağ.az

www.yenicag.az

1095
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv