!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı yazıçının kitabı Almaniyada çap olunub

!Reklam – Yazi

Yazıçı-publisist Vüqar Dəmirbəylinin Azərbaycan nağıllarının motivləri əsasında yazdığı “Məlikməmmədin başına gələn inanılmaz əhvalat və başqa Azərbaycan nağılları” kitabı alman dilində nəşr olunub. Alman – Azərbaycan Ziyalıları Birliyinin (AAZB) təşəbbüsü və təşkilatçılığı ilə Almaniyanın paytaxtı Berlindəki “Azərbaycan evində” kitabın təqdimatı və müəlliflə görüş keçirilib. Görüşdə Azərbaycanın Almaniyadakı Səfirliyinin birinci katibi Rüfət Həmidov, alman ictimayətinin nümayəndələri, o cümlədən şərqşünas alim, professor Udo Ştaynbax, Berlin Azad Universitetinin əməkdaşı Dr.Enrico Seevald və başqa ziyalılar, həmçinin, soydaşlarımız iştirak edib.

AAZB-nin sədri Naibə Şirinova qonaqları salamlayaraq hər bir ölkənin təbliğində, dövlətçilik ənənələrinin tanıdılmasında, xalqın mədəniyyətinin qorunub saxlanmasında ədəbiyyatın böyük rolu olduğunu qeyd edib. O, dastanların, əfsanə və nağılların hər bir xalqın ədəbiyyatında olduğu kimi Azərbaycan ədəbiyyatının da mühüm hissəsi sayıldığınıdeyib. Daha sonra N.Şirinova qələmi ilə təkcə Azərbaycanda deyil,Almaniyanın ədəbi mühitində də tanınan Vüqar Dəmirbəylininhəyat və yaradıcılığından danışaraq yazıçının Frankfurtun Qrössen Van (Grössen Wahn) nəşriyyatında alman dilində çap olunmuş “Məlikməmmədin başına gələn inanılmaz əhvalat və başqa Azərbaycan nağılları” kitabı haqqında məlumat verib.

Görüşdə iştirak edən Qrössen Van nəşriyyatının nümayəndəsi və redaktoru xanım Edit Engelman müəlliflə birgə işindən danışaraq kitabla bağlı təəssüratlarını bölüşüb. O, müəllifin Azərbaycan xalq nağıllarının motivləri əsasında yazdığı hekayələrin gözəlliyindən, dərinliyindən bəhs edərək Azərbaycan haqqında təsəvvürünün genişləndiyini qeyd edib.

Sonra müəllif Vüqar Dəmirbəyli kitabın yaranma ideyasından, gələcək planlarından danışaraq tədbir iştirakçılarına „Məlik Məmməd“ və „Qız qalası“ nağıl-hekayələrindən hissələr oxuyub.
Tədbirdə gənc soydaşımız Oqtay Bədəli və AAZB-nin üzvü Matias Volf katabdakı “İlanlar padşahı” nağıl-hekayədən bir hissəni qonaqlara təqdim ediblər.

Yeniçağ.az

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv