yenicag.az
yenicag.az

Azərbaycanlı zəvvarlar Ciddədə köməksiz qalıb-Fotolar

Azərbaycanlı zəvvarlar Ciddədə köməksiz qalıb-Fotolar

Müəllif: Redaktor

Editor

96e2ca3b983dBu ilki Həcc ziyarəti çoxlu sayda insan itkisi ilə nəticələnən faciələrlə yadda qaldı.

Yenicag.az musavat.com- a istinadən xəbər verir ki, ancaq azərbaycanlı zəvvarlar üçün hər il olduğu kimi, bu il də çətinliklər davam edib. Həmvətənlərimiz ziyarəti başa vursalar da, təşkilati işlərin yarıtmazlığı ucbatından son bir neçə günü hava limanı və otellər arasında qalıb.

Bizə çatan məlumata görə, Bakıya yola düşməli olan zəvvarlar üçün otelə pul verməmək üçün təşkilatçılar onları tez-tələsik otellərdən çıxarıb hava limanına aparır. Bu gün səhər Bakıya gəlməli olan zəvvarları QMİ rəsmiləri bir gün əvvəldən oteldən çıxarıblar. Ancaq səhər saat 5-də Bakıya uçmalı olan təyyarə yenə də təşkilati işlərin yarıtmazlığı səbəbindən ləngiyib və reys bu gün axşam 7-yə təyin olunub.

Bu barədə Ciddə hava limanından musavat.com-a məlumat verən zəvvarlar hava limanında zəvvarların bir neçəsinin halının pisləşdiyini, ürəyi gedənlərin olduğunu bildirdilər. Qadınlar, kişilər hava limanında yerdə yatırlar.

Zəvvarlar deyir ki, pul verməmək üçün onları dünən saat 11-də oteldən çıxarıblar. Zəvvarlar səhər hava limanına getsələr də, burda bildiriblər ki, Azərbaycan tərəfi vaxtında uçuş üçün icazə almadıqları üçün reys təxirə salınıb. Səhər saat 5-ə təyin olunan reys artıq axşam 7 üçün nəzərdə tutulub, amma bu vaxtın özü də dəqiq deyil. Çünki ötən müddətdə 4-5 dəfə reysin saatı dəyişdirilib.

Zəvvarlar yazır ki, otellər çox keyfiyyətsiz olub, yemək, qidalanma çoxları üçün ciddi problemə çevrilib. Təşkilatçılar isə bütün bunları gördükdən və zəvvarların etirazlarını gördükdə qaçıb yoxa çıxıblar. Əsas təşkilatçı rəhbər Şeyxülislamın qaynı Əjdər adlı adam olsa da, artıq o da zəvvarların narazılığını gördükdən sonra yoxa çıxıb, hətta zənglərə də cavab vermir.

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti