!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı zəvvarlarla bağlı yeni xəbər

!Reklam – Yazi

20430e0b1e0f4f3fbb2401f59bae8b8fQafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətində baş verən son hadisələrlə əlaqədar azərbaycanlı zəvvarların son durumunu açıqlayıb.

QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirib ki, hələlik azərbaycanlı zəvvarlar ilə bağlı heç bir problem yoxdur.

O qeyd edib ki, ötən gün Məkkədə zəvvarların yerləşdiyi “Əli Musa” hotelində baş verən yanğında azərbaycanlı zəvvarlar arasında xəsarət alan olmayıb: “Bizim zəvvarlardan o hotelə yerləşən yoxdur, azərbaycanlı zəvvarlar başqa hotellərdədirlər”.

QMİ rəsmisi bildirib ki, ötən gün ürək tutmasından dünyasını dəyişən zəvvar Fəxrəddin Zeynallı Məkkədə dəfn olunacaq: “Çünki Səudiyyə Ərəbistanı qanunlarına görə ziyarət zamanı vəfat edən dünyasını dəyişdiyi yerdə dəfn olunur”.

M. Payızov əlavə edib ki, ötən gün Mina dağında şeytana daş atma mərasimində yüzlərlə zəvvarın ölümü, yüzlərlə zəvvarın isə xəsarət alması ilə nəticələnən hadisə zamanı da azərbaycanlı zəvvarlar arasında zərər çəkən olmayıb.

“Fəxrəddin Zeynallı da ürək tutmasından dünyasını dəyişib, onun vəfatının Mina dağında şeytana daş atma mərasimində baş verən hadisə ilə heç bir əlaqəsi yoxdur. Bizim zəvvarlar bu gündən şeytana daş atma mərasiminə başlayıb, ardınca vətənə dönəcəklər”.

Qeyd edək ki, bu ilki Həcc ziyarəti ard-arda faciələrlə yadda qaldı. Ziyarətin ilk günlərində Məkkədə kranın aşması nəticəsində xeyli sayda insan tələfatının ardınca ötən gün Mina dağında baş verən izdihamda 753 zəvvar ölüb, 863 zəvvar müxtəlif dərəcəli xəsarətlər alıb. Ölü sayının artacağı ehtimal olunur.

Ötən axşam isə hotellərdən birində baş verən yanğında da xeyli çoxsaylı zəvvarın zəhərləndiyi bildirilir(APA).

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv