www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Azərbaycan Hava Yolları”nın törəmə müəssisəsi – “Buta Airways”ın tanıtım çarxı qalmaqala səbəb olub.

Yenicag.az xəbər verir ki, reklamda Ukraynaya səfər edən azərbaycanlı kişisinin özü ilə qoz-fındıq aparması qabardılır ki, bu da subluminal mesaj kimi qəbul edilir.

“Buta Airways” tərəfindən Ukayna qadınlarına seks obyekti kimi yanaşılması isə feminist qadınların “Femen” qrupu tərəfindən etirazla qarşılanıb. Nəticədə qrup üzvləri çılpaq şəkildə Bakı reysi ilə Kiyevə gələn sərnişinləri əllərində “Tofiq” və “Zakir” plakatları ilə qarşılayıblar.

Bu isə birbaşa “Buta Aiways”ın qurşaqaltı reklamının nəticəsidir. Hər halda bu cür ucuz reklamlarla digər bir ölkənin vətəndaşlarını təhqir etmək yolverilməzdir.

Qeyd edək ki, “Femen” qrupu çılpaq etiraz aksiyaları ilə dünyada məşhurdur. Dünyanın bir çox lideri onların aksiyasından yaxasını qurtara bilməyib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5866
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."