Yazı İçi 468×60

10928052_10204812316220478_873600620_nToğrul Allahverdili:  “Azərbaycanlılar Rusiyadan sürətlə deportasiya olunur və bunun günahı…”

Xəzri Elxanoğlu: “Əvvəl  Ukraynadakı Azərbaycan diasporu digər diasporlardan qat-qat zəif idi”

Elməddin Zərbəlizadə: “Xarkov və  Donetskdə yaşayan azərbaycanlılar daha çox problem yaşayır”

 Redaksiyamızın yeni ildə ilk qonaqları Azərbaycan Slavyan Gənclər Assosasiyasının Rusiya nümayəndəsi Toğrul Allahverdili, Ukrayna nümayəndəsi Xəzri Elxanoğlu, Ümumukrayna Azərbaycanlıları GT-nin icraçı direktoru Elməddin Zərbəlizadə oldu. Gənc dostlarımızla Rusiya Federasiyası və Ukraynadakı diasporumuzun durumunu, soydaşlarımızın qarşılaşdıqları problemləri müzakirə etdik.

– Dostlar, Rusiyada və Ukraynada 2014-cü ili necə keçdi? Azərbaycan acısından uğurlu il hesab etmək olarmı?

20150112_160312Toğrul Allahverdili:  Azərbaycan-Rusiya münasibətləri əsası ulu öndər Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin tərəfindən qoyulub.  Qədim tarixə malik qonşuluq siyasətimiz var. Bu gün də həmin siyasət Vladimir Putin və İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bundan əvvəlki, illərdə də Rusiya və Azərbaycan münasibətlərində soyuqluq yaşanmışdır. Şükür, indi mehriban qonşuluq münasibətlərimiz var. 2014-cü il sözügedən ölkələr arasında uğurlu il olub.  Bu ildə bir-sıra tədbirlər keçirilib. 2015-ci ildə bizim qarşımızda böyük hədəflərimiz var.  Əsas planlarımızdan biri Rusiyada  Aşıq Şəmşir adına I Ədəbiyyat müsabiqəsi keçirməkdir. 20 yanvarla bağlı böyük tədbirimiz nəzərdə tutulub. Daha sonra Rusiyada yaşayan, təhsil alan azərbaycanlı gənc rəssamların sərgisini təşkil edəcəyik. Qocaman rəssamlarında bu sərgi də iştirakı nəzərdə tutulub.

Fəaliyyətlərimizə gəlincə, ən böyük işlərimizdən biri də Rusiyanın orta məktəblərində Azərbaycan günlərinin keçirilməsidir. Belə ki, biz ayda 1 yaxud 2 dəfə Rusiya Millətlər Evi, Azərbaycan Slavyan Gəncləri Assosasiyası və Azərbaycan Mədəniyətinin İnkişafı Fondu ilə birgə, tədbirlər təşkil edirik. Digər diasporlardan fərqli olaraq, biz bu tədbirləri Rusiya dövləti ilə birgə keçirdirik. Rusiya Millətlər evi Rusiya dövlətini təmsil edir. Bu da Rusiya dövlətinin bizə göstərdiyi etimadın nəticəsidir. Qeyd etmək istəyirəm ki, bu ayın 22 və 23-də Rusiyadakı Azərbaycan Mədəniyyət Fondu birgə Azərbaycanda keçiriləcək olimpiya oyunlarına dəstək marafonu keçirəcəyik.

20150112_155926Xəzri Elxanoğlu: – Bildiyimiz kimi Ukraynada Rusiya ilə müəyyən problemlər yaşanır.  Ölkə olaraq, ciddi bir dönəmdən keçirik. Təbii ki, Ukraynanın mövcud durumu bizneslə məşğul olan azərbaycanlıların da iqtisadi durumuna ciddi təsir etdi. Buna baxmayaraq, bizim diaspor fəaliyyətimiz, əksinə olaraq daha da güclənir. Diasporada Azərbaycan gəncləri daha çox artıb və aktiv şəkildə iştirak edirlər. Eyni zamanda Ukraynada azərbaycanlı gənclər təşkilatları bir bayraq altında birləşdi. Biz Ümumukrayna Azərbaycanlıları Gənclər Təşkilatı yaratdıq. Bu təşkilatı nəzdində 4 Azərbaycan təşkilatı birləşdi. Bu təşkilatlar da birgə Şura yaratdılar.  Bu Şura vasitəsilə də Ukraynadakı azərbaycanlılar həm birləşəcək, həm də yeni layihələr həyata keçirəcək.

2015-ci ilə gəlincə, yeni layihələrimiz nəzərdə tutulub. Eyni zamanda  may ayının sonunda ukraynalı və avropa gənclər ilə birgə əməkdaşlıq forumu keçiriləcək. Artıq bir sıra Azərbaycan təşkilatları və Ukrayna təşkilatları ilə danışıqlar olub. Azərbaycan dövlət qurumları ilə də bu mövzuda müəyyən müzakirələr aparılıb. Rusiyalı gənclərin də bu foruma dəvətini nəzərdə tutmuşuq. Çünki ən azından hər iki xalq arasında istiləşmə olar. Təbii ki, biz də burada bir körpü rolunu oynayacağıq.

Bu gün artıq Ukraynada Diaspora TV  yayımlanır. Verilişlər və yeni proqramlar ərsəyə gətirilir. Verilişlərin çəkilməsində də gələcəkdə fəal iştirak edəcəyik. Qarşıda hələ görüləcək işlər çoxdur. Bir sıra planlarımızı həyata keçirəcəyik. Bir məqamı qeyd edim ki, bugünə qədər  Ukraynada fəaliyyət göstərən Azərbaycan təşkilatlarında fərqli olaraq bizim təşkilat Ukrayna camiyəsi ilə birgə çalışmaq istəyir. Azərbaycanlılarla yanaşı burada ukraynalı gənclər də çox olacaq.

20150112_155953Toğrul Allahverdili: – Biz də rus və ukraynalı gənclərin bir araya gəlməsinin tərəfdarıyıq. Ukraynada may ayında baş tutacaq forumda biz də iştirak edəcəyik. Bizim də Avropa ölkələrinin birində böyük bir forum təşkil etmək planımız var. Bu forumun məqsədi azərbaycanlıların sülhsevər bir xalq olduğunu dünyaya nümayiş etdirməkdir. Azərbaycan diasporu Ukraynada həddən artıq inkişaf edib. Paşa və Hikmət müəllim başda olmaqla, bizim Ukraynada böyük ziyalılarımız var. Ukraynadakı səfirimiz Eynulla Mədətlini də qeyd etmək yerinə düşər. Ukraynadakı səfirliyimiz təqdirəlayiq fəaliyyət göstərir. Eyni sözləri Rusiyaya da şamil etmək istərdim. Hörmətli Polad Bülbüloğlu gənclərin və diasporumuzun ən böyük dəstəkçisidir. Eyni zamanda Ümumrusiya Azərbaycan Konqresinin sədri Məmmədbağır müəllimin, İlqar müəllimin, xüsusilə də Leyla xanım Əliyevanın gördüyü işlər bütün gənclərə örnəkdir.

– Ukraynada azərbaycanlıların hansı problemləri var?

10934644_10204812315700465_1372422921_nElməddin Zərbəlizadə: –  Rusiya ilə olan hadisələr əsasən biznes sahəsində ciddi problem yaratdı. Ukrayna qryvniasının dollara nisbətən aşağı düşməsi orda yaşayan azərbaycanlılar üçün də bir çox problemlər yaşatdı. Ümumilikdə, Xarkov və  Donetskdə yaşayan azərbaycanlılar daha çox problem yaşayır. Bu da sözügedən bölgələrdə qızğın konfliktlərin getməsi ilə əlaqədardır. Bu səbəbdən də, həm diaspor, həm də gənclər təşkilatlarımız, o cümlədən səfirliyimiz ciddi koordinasiya şəklində çalışırlar. İş adamları ilə daha sıx əlaqə yaradırıq. Orada təhsil alan gənclərlə də daha çox işləyirik. Hər hansı problem olduqda, regional  diaspor təşkilatımıza müraciət edilir və operativ şəkildə problemin həllinə çalışılır. Ümumukrayna statuslu təşkilat olduğumuzdan müharibə gedən bölgələrdədə koordinasiya sisteminə qoşuluruq. Koordinatorlar şəbəkəli şəkildə çalışırlar. Problem olduqda birgə həll etməyə çalışırıq.

– Qürbətdə olan insanların miqrasiya ilə bağlı ciddi problemləri yaranır. Bu məsələ ilə bağlı hər birinizin fikrini öyrənmək istərdik…

20150112_160247Toğrul Allahverdili : – Çox  təəssüf ki, azərbaycanlılar Rusiyadan sürətlə deportasiya olunur. Sizin sayt vasitəsilə bütün Azərbaycan mətbuatına müraciət edirəm ki, bu məsələni diqqətdə saxlasınlar. Mən Rusiyadan gələn gənc kimi sizə çatdırmaq istəyirəm ki, Rusiyadakı azərbaycanlılar Azərbaycan mətbuatından onların bu probleminə laqeyd yanaşdıqları üçün həddən artıq incikdir. Azərbaycan mətbuatı bizim də problemlərimizi qabartmalıdır. Rusiyada təhsil alan gənclər var ki, Azərbaycana ailəsini görməyə qayıdır, lakin sonradan Rusiyaya geri dönə bilmir. Çox zaman deportasiya halları ilə üz-üzə qalırlar. Bundan əlavə orada xeyli azərbaycanlı işçi qüvvəsi var. Onlar da bu tip problemlərlə qarşılaşır. Bir məqamı da qeyd edim. Bəzən “stop” və “deportasiya” hallarını səhv salırlar. “Stop” 2 illik qadağadır. Deportasiya isə 5 il müddətində qüvvədə olur. Əksər hallarda da, heç bir səbəb göstəriləmədən belə bu qərarlar çıxarılır. Rusiyaya gələn azərbaycanlılara da müraciət etmək istəyirəm ki, Rusiyaya səfər zamanı məqsədlərini dəqiq bildirsinlər. Məsələn, işləməyə gediblərsə, bunu Rusiyanın Miqrasiya Xidmətində bildirməlidirlər. Çünki bir çox hallarda “qonaq” gəldiklərini bildirir və “qonaq olma”nın müddətini keçdikləri zaman Rusiya Miqrasiya Xidməti tərəfindən ağır şəkildə cəzalandırılırlar. Diaspora və səfirliyimiz daim vətəndaşlara yardım etməyə hazırdır. Lakin bəzən bu və ya digər səbəblərdən kömək etmək olmur. Əsas odur ki, ölkəyə giriş zamanı məqsəd və məram açıq yazılmalı və hüquqi sənədlərlə bağlı çalışılmalıdır.

20150112_160003Xəzri Elxanoğlu: – Mitinqlər gedən ərəfədə Azərbaycandan gələnlər 3 aylıq limiti başa vurduqları üçün deportasiya edilirdilər.Yaxud da külli miqdarda pul tələb edilirdi. Belə bir problem var idi. Artıq yeni hakimiyyət gəldikdən sonra Ukraynada vəziyyət yaxşılığa doğru gedir. Azərbaycan səfirliyi, eləcə də dövləti, bu hakimiyyətlə mehriban münasibətdədir. Bu münasibəti də biz diaspor olaraq, gözəl hiss edirik. Əvvəl  Ukraynadakı Azərbaycan diasporu digər diasporlardan qat-qat zəif idi. Hətta Ukrayna dövləti Azərbaycan təşkilatlarına fikir vermirdi. Bu gün biz, diaspor olaraq Poroşenkonu, eyni zamanda Kliçkonu dəstəklədik. Təbii ki, bunun da  Ukrayna azərbaycanlılılarına yüksək səviyyədə xeyiri oldu. Əvvəlki, hakimiyyət dövründə polis özbaşınalığı çox idi. İndi bu kimi halların qarşısı alınıb.

Azərbaycanlıllar nəyə görə yaşadığı ölkədə inteqrasiya ola bilmirlər? Gördüyümüz qədəri ilə biz həmişə yaşadığımız ölkələri bizə ögey münasibət bəsləməkdə ittiham edirik. Ancaq bu sahədə bizim heç səhvimiz yoxdurmu?

Elməddin Zərbəlizadə: – Etiraf edək ki, erməni diasporası bir çox cəhətdən bizdən üstündür. Bariz nümunə kimi  Ukraynanın dövlət strukturlarında təmsil olunan erməniləri göstərmək olar.  Bu da bizim diasporanın zəifliyini göstərir. Biz artıq millətimizin inteqrasiyası ilə məşğul olmalıyıq. Bacardığımız qədər onların vəzifələr tutmasına şərait yaratmalıyıq. Yanvar ayına qədər olan maydan hadisələri və müvəqqəti hökumət qurulan zaman soydaşlarımız bir çox problemlərlə qarşılaşdı.  Hökumət qurulduqdan sonra hər şey qaydasına düşdü. Azərbaycanlılar yeni qurulan hökumətə öz etimadını göstərdi. Biz ilk xarici təşkilat idik ki, Maydan hadisələrində iştirak etdik. Bildirdik ki, sonuna qədər Ukrayna xalqının yanındayıq. Ukrayna xalqının seçiminə hörmətlə yanaşdıq. Böhranla bağlı onu deyə bilərəm ki, bu  Yanukoviç hökumətinin dövründə də gözlənilən idi. Həmin dövrdə rüşvətxorluq yüksək səviyyədə idi. Dövlətin büdcəsi boşalmışdı. Bizim təşkilat Ukraynanın həm iqtidarı, həm də müxalifətinə normal münasibət bəsləyir. Ümumiyyətlə, diaspora təcrübəsində bu çox geniş yayılıb. Diaspora hər iki tərəflə normal münasibətdə olmalıdır. Bir mövqe göstərməli deyil.  Biz “Udar” partiyası ilə normal münasibətlərə malikik. Hətta partiyadan olan azərbaycanlı Rena Nazarova adlı qadın da Radaya namizədliyini irəli sürmüşdür.

20150112_160114Xəzri Elxanoğlu: – Gənclik böyük bir qüvvədir. Ukraynada yaşayan azərbaycanlıların diasporaya cəlb olunması vacibdir. Qeyd edildi ki, erməni diasporu o qədər güclüdür ki, hətta nazir səviyyəsinə belə gedib çıxıblar. Biz də diasporumuzda gəncləri yetişdirib, onları dövlətdə təmsil olunmağa sövq etməliyik. Ən azından gələcəkdə bizim hüquqlarımızı müdafiə edən bir şəxs olsun. Bunu üzərində çalışırıq. İnşallah gələcək də buna nail olacağıq.

Toğrul Allahverdili: – Elməddin bəyin dediyi problemlər Rusiyada da var idi. Lakin sevindirici, haldır ki, son dönəmlər  azərbaycanlılılar dövlətdə təmsil olunmağa başladılar. Əvvəllər ata-oğul hər kəs bazarlarda çalışırdılar. Lakin bu gün azərbaycanlılılar çalışırlar ki, övladlarına təhsil verib, onu yüksək vəzifələrdə görsünlər. Hazırda Rusiyanın hər tərəfində xırda və orta səviyyəli məmurlarımız, həkimlərimiz, müəllimlərimiz var. Və bu yüksələn xətt üzrə davam edir və edəcək.

 Söhbətləşdi:

Aqil ƏLƏSGƏR

Qələmə aldı:

Kamran ƏDALƏTOĞLU

20150112_142526

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 132
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."