!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlıya ABŞ-da yüksək vəzifə – İlk dəfə

!Reklam – Yazi

toogagaraABŞ-da yaşayan Qarabağ Fondunun təsisçisi Adil Bağırov Ohayo ştatının Deyton şəhər Təhsil Şurasının rəhbəri seçilib.

Bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Adil Bağırov hələ 2013-cü ildə Amerikanın ən önəmli dövlət vəzifələrindən hesab olunan Təhsil Şurasının yeddi üzvündən biri seçilmişdi. Bununla da, Birləşmiş Ştatlarda rəsmi vəzifəyə seçilən ilk Amerika azərbaycanlısı adını qazanıb.

Deyton Təhsil Şurasının 500 milyon dollarlıq illik büdcənin istifadə edilməsi və 14 min şagirdin oxuduğu dövlət məktəblərinə nəzarət etmək kimi səlahiyyəti var.

Xatırladaq ki, 1978-ci il təvəllüdlü Adil Bağırov Vaşinqtonda baş tutan qeyri-adi toyu ilə səs-küy tanınmışdı. 2013-cü ilin aprel ayında türk əsilli Sevin Elekdağ ilə ailə quran cütlüyün toy mərasimində Amerika, eləcə də Azərbaycan və Türkiyədən nüfuzlu qonaqlar dəvət olunub. Hətta ABŞ Konqresinin sabiq spikeri Bob Livinqstonun ləzginka rəqsini oynaması hər kəsi təəccübləndirmişdi. Həmyerlimiz hazırda iki uşaq atasıdır.

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv