!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azercell" rəhbərliyinə 18 ədəd qoruyucu hədiyyə olundu - FOTO

!Reklam – Yazi

Tanınmış blogger Bəxtiyar Hacıyev “Azercell” şirkətinin rəhbərliyinə Yeni il hədiyyəsi olaraq 18 ədəd Çin istehsalı olan qoruyucu göndərib.

Yenicag.az xəbər verir ki, o, bu barədə şəxsi “facebook” hesabında paylaşım edib.

O, paylaşımında addımın səbəbini belə izah edib: “”Facebook” səhifələrində qiymətləndirməni bağlayıblar ki, etiraz edənlər aşağı reytinq verə bilməsinlər. Hədiyyə çatana qədər, “Azercell” müştəri xidmətlərindən, rominq tariflərindən, telefona kontent provayderlər tərəfindən aldadıcı mesajlar göndərilərək balansdan pul silinməsindən narazı olanlar, paylaşaraq dəstək verə bilərlər.

Bütün Avropada ortalama 1.5 AZN-lik tarifləri olduğu halda, Belçikada vahid tarif etməyərək, 18 AZN-lik saziş imzalayaraq, zəng çatmayan nömrəyə zəng cəhdinə 18 AZN çıxdıqlarına görə, “Azercell”-in prezidenti Vahid Mürsəliyevə 18 ədəd Çin istehsalı qoruyucu göndərdim. Bütün narazı müştərilər adından qəbul etməsini rica edirəm”.

Günün ikinci yarısında daha bir paylaşım edən Hacıyev “”Azercell” rəhbərliyinə bu gün göndərdiyim “yeni il hədiyyəsi” xəbəri müxtəlif səhifə və saytlarda on minlərlə insana çatdı, çox böyük əksəriyyət bu addımı təqdir etdi” deyə qeyd edib:

“”Azercell” milyonlar xərcləyib reklamlar çəkdirməkdənsə, oğurluğundan əl çəksə, 60 yaşlı pensionerə aldadıcı mesaj göndərib, onsuz da az olan pensiyasından hər gün qəpik-qəpik oğurlamasa, insanların səfərləri zamanı rominq dələduzluqları ilə onların səfərini burnundan gətirməsə, daha faydalı olar. Milyonlarla pul sərf edib yaratdığınız imic keyfiyyətsiz xidmətiniz, dələduzluğunuz və kiçik bir hədiyyə paketi ilə alt-üst ola bilir.

“Azercell”ə məhz bu gün hədiyyə göndərməyimin isə səbəbi var. Belçikada zəng çatmayan nömrəni yığmağıma görə 18 manat çıxmaqlarını unutmuşdum, ancaq çox oxunan və təsirli bir saytda bu barədə material hazırlandığını eşidib, səhər zəng etmişdilər ki, sizin müraciətinizi araşdırdıq filan. Dedim araşdırma nəticəsini mənə emailə göndərin. Dedilər göndərə bilmərik, gəlin müştəri xidmətlərinə, vəsiqənizi göstərin, sizə versinlər. Gəldim, növbədə məndən öndə 2 nəfər dayansa da, 45 dəqiqədən çox gözlədim, içəridə müştərilər etiraz edir, qışqırır… Nəhayət, növbə mənə çatanda, üzümə durdular ki, biz sizə deməmişik gəlin bura, yanlış məlumat verilib sizə. Dedim telefon zəngləri qeydiyyata alınır, dinləyək görək, deyilibmi? Dedilər ərizə yazın, araşdıraq. Mən də ərizə yazmaqdan onsuz da yorulduğuma görə, dedim narahat olmayın, rəhbərliyinizə kiçik bir hədiyyə və ərizə göndərərəm.

Belə… Ümid edirəm, Azercell ən qısa zamanda Belçikadakı saniyəsi 18 AZN-lik rominq partnyorundan, pensionerlərin pensiyasını aldadaraq oğurlayan kontent provayderlərindən əl çəkər. Bu “yeni il hədiyyəsi” onların imicinə zərbə vurdusa, növbəti kampaniyamız birbaşa gəlirlərinə ciddi zərbə vuracaq. Məşhur reklamda deyildiyi kimi – Maksi, ağıllı ol!”.

www.yenicag.az

10686
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv