“Azərenerji”də KÜTLƏVİ İXTİSAR – 3 min işçidən ərizə alınıb

“Azərenerji”də KÜTLƏVİ İXTİSAR – 3 min işçidən ərizə alınıb

Müəllif: Redaktor

Baş Redaktor

1444195562_etibar-p-300x201“Azərenerjı” Açıq Səhmdar Cəmiyyətində (ASC) irimiqyaslı ixtisarlara start veriib.

Bu barədə Qaynar.info-ya ASC-dəki mənbələrdən məlim olub.Məlumata görə, “Azərenerji”nin 7 min nəfərlik işçi kontingentinin təxminən 3 min nəfərinin ixtisarı planlaşdırılır. “Artıq işçilərə işdən könüllü çıxmaq barədə ərizələr yazdırılır” deyə mənbələrimiz bildiriblər.

“İşdən könüllü çıxmaq barədə ərizə yazmaqdan imtina edənlərə müxtəlif formalarda təzyiqlər olunur. Məsələn, onlara bildirirlər ki, hansı işçilər ərizə yazmaqla bağlı problemlər yaratmasalar, onların başqa sahələrdə işlə təmin olunmasına köməklıik göstəriləcək” – mənbələrimizin məlumatında deyilir.

İxtisar edilən işçilərə heç bir kompensasiya ödənilmir.
Bundan başqa, “Azərenerji”nin ayrı-ayrı idarə rəhbərlərinə cari büdcə vəsaitlərinin ən azı 35-40 faizinə qənaət etmək tapşırılıb. Bildirilib ki, bu göstərişə əməl etməyən rəhbər şəxslər ya görəvlərindən kənarlaşdırılacaq, ya da onların rəhbəri olduqları həmin idarələr ümumiyyətlə ləğv olunaraq səlahiyyətləri məlum tapşırığı yüksək səviyyədə yerinə yetirən idarələrin tabeliyinə veriləcək.

Xatırladaq ki, ötən il fevralın 10-da Prezident İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama görə, “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC adlandırılır. “Azərenerji”nin indiyədək gördüyü əsas iş – ölkə ərazisində istehlakçıların elektrik enerjisi ilə təminatı “Azərişıq”a ötürülüb. Bu məqsədlə “Azərenerji”nin balansındakı əmlak və digər avadanlıqlar “Azərişığ”a verilib. Beləliklə, artıq bir ildir Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsini “Azərişıq” yerinə yetirir.

Bu isə Etibar Pirverdiyevin rəhbəri oduğu “Azərenerji”nin yaxın vaxtlarda tamamilə ləğv edilə biləcəyi ehtimalını gündəmə gətirib. Qurumdakı ixtisarlar isə həm bu ASC-nin səlahiyyətlərini əhəmiyyətli şəkildə itirməsi, həm də maliyyə böhranı ilə əlaqələndirilir. Eyni zamanda istisna edilmir ki, ilkin mərhələdə “Azərenerjı”nin işçi potensialı azaldılsın, sonradan isə o tamamilə ləğv edilsin.(qaynar.info)

Araşdırma, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti