yumruq_001“Azəriqaz” İstehsalat Birliyinin qaz qaynaqçısı Məhərrəmov Məhərrəm Qamət oğlu Xəzər rayon Türkan qəsəbəsi sakinləri tərəfindən döuyülüb.

Report-un birliyin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, zərərçəkmişə ağır bədən xəsarətləri yetirilib.

Məlumata görə, yanvarın 25-də Birliyin əməkdaşları tərəfindən Xəzər rayonu Türkan qəsəbəsində təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş növbəti yoxlamalar aparılıb. Aparılan yoxlamalar zamanı Xanlar küçəsində yaşayan Mayılov Məmmədağanın həyatyanı sahəsində yerləşən istixanaya sayğacdan kənar çəkilmiş qaz xətti aşkar olunub və qeyri-qanuni qaz kəmərinin ləğvi zamanı Türkan qəsəbəsi Xanlar küçəsində yaşayan Mayılov Məmmədağa, onun övladları Samir və Rəfael tərəfindən Birliyin Təmir -tikinti İdarəsinin 4 saylı Qəza-təmir bərpa xidmətinin qaz qaynaqçısı Məhərrəmov Məhərrəm Qamət oğlu döyülərək, ağır bədən xəsarətləri yetirilib. Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən “Azəriqaz” əməkdaşına ilkin olaraq onurğa sütununun 12-ci fəqərəsinin qırılması diaqnozu qoyulub.

Faktla bağlı Xəzər RPİ 1-ci Polis bölməsi tərəfindən araşdırma aparıldığı açıqlanıb.

Qeyd edək ki, ötən il təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər nəticəsində Respublika üzrə 7347 əhali, 160 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 1 769 378 manat dəyərində dəymiş ziyan hesablanıb.
SOCAR-in “Azəriqaz” İstehsalat Birliyi təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlərini bundan sonra da davam etdirəcəyini açıqlayıb.

Qurumun məlumatında qeyd edilir ki, abonentlərin keyfiyyətli, təhlükəsiz və fasiləsiz təbii qazla təmin olunması və göstərilən xidmət səviyyəsinin durmadan yaxşılaşdırılması, eyni zamanda təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."