Ads by Google

hightechnic
Ads by Google

mesede_oldu5Yevlax rayon sakini bədbəxt hadisənin qurbanı olub.

Rayon Prokurorluğundan verilən məlumata görə, Azəriqaz İstehsalat Birliyinin əməkdaşı- şəhər sakini 1971-ci il təvəllüdlü Ələddin Seyfəddin oğlu Hacıyev Cırdaxan kəndindəki elektirk yarımstansiyasının yaxınlığında təmir işləri aparakən ehtiyatsızlıqdan yarımstansiyasının qadağan edilmiş ərazisinə girib. Ərazidən keçən yüksək gərginlikli cərəyan onu vurub. 45 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Mərhumun iki övladı var.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Ölkə ərazisində sonuncu belə fakt 3 gün əvvəl Bakıda baş verib. Xətai rayonundakı evlərdən birində fəhlə işləyən Zərdab rayon sakini Məhəmməd Məhəmmədlini elektrik cərəyanı vurması nəticəsində ölüb.

Həmin hadisədən bir müddət əvvəl Gəncə sakinini tok vurub. Şəhər sakini, 1982-ci il təvəllüdlü Günel Məmmədovanı yaşadığı evdə elektrik cərəyanı vurub. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.(ans)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 67
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."