Yazı İçi 468×60

intihar52“Azərişıq” ASC-nin əməkdaşı, 49 yaşlı Məhəmməd Səmədovun intiharının bəzi təfərrüatları məlum olub.

Mərhumun intihar etməsinə səbəb külli miqdarda borcunun olmasıdır. O, borclarını qaytara bilməyib və bu səbəbdən də özünü asıb.

Məsələ ilə bağlı Ağdaş Rayon Prokurorluğu ilə əlaqə saxladıq. Müstəntiq Pərviz Cəlilov AzNews.az-a açıqlamasında bu barədə məlumatsız olduqlarını bildirdi: “Hadisə bu gün səhər 9:00 radələrində baş verib. Məhəmməd Səmədov elektrik avadanlıqları tövləsində alüminium teli ilə özünü asaraq intihar edib. Hadisə yerinə baxış keçirərkən tövlədə mərhumun paltarı və telefonu olub. Borcu olduğu üçün özünü asması məsələsi ilə bağlı hələki məlumatsızıq. Bu barədə araşdırmalar bitdikdən sonra nəsə demək olar”.

Qeyd edək ki, bu gün Ağdaş rayonunun Xosrov kəndi ərazisində intihar hadisəsi baş verib. Kəndin sakini 49 yaşlı Məhəmməd Mirhəsən oğlu Səmədov taxta-şalban sexinin elektrik anbarından özünü asaraq intihar edib.

İntihar edən şəxsin “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağdaş elektrik şəbəkəsində elektrik vəsifəsində çalışdığı məlum olub.(Aznews)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 13
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."