!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Azərreyl” Çempionlar Liqasında Türkiyə komandasına məğlub olub

!Reklam – Yazi

Azərbaycanın voleybolçu qadınlardan ibarət “Azərreyl” klubu bu gün Çempionlar Liqasında V tur matçına çıxıb.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, Bakıdakı Voleybol Mərkəzində keçirilən görüş rəqib Türkiyənin “Fənərbağça” komandası olub.

“Azərreyl” rusiyalı Aleksandr Pavlov və yunanıstanlı Epaminondos Gerotodorosdan ibarət hakimlər briqadasının idarə etdiyi matçda qrupun lideri olan rəqibinə bir set belə qazana bilmədən uduzub.

Bununla da “Fənərbağça” 15 xalla qrupdan birinci yerlə çıxıb. 9 xalla ikinci pillədə olan “Azərreyl” də bu hüquqa vaxtından əvvəl yiyələnmək üçün Türkiyə təmsilşisindən 2 set almalı idi. hazırda Polşanın “Dabrova Qornitsa” klubu 6 xalla üçüncü pillədə yer alır. Fransanın “Sen-Rafael” komandasının isə xalı yoxdur. Təmsilçimizi son turda Polşada “Dabrova Qornitsa” ilə matçı gözləməlidir.

23 fevral

Çempionlar Liqası, V tur

18:00. “Azərreyl (Azərbaycan) – “Fənərbağça” (Türkiyə) – 0:3 (19:25, 16:25, 22:25)

Yeniçağ.Az

www.yenicag.az

759
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv