www.sinerjipro.net

SinerjiProWide
Reklam


Füzuli rayon sakini Elnur İsmayılov KİV-ə müraciət edib. Yenicag.az tia.az-a istinadən xəbər verir ki, Elnur İsmayılov müraciətində “Azərsu” ASC rəhbəri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynova ittihamlar irəli sürüb. Onun sözlərinə görə, ARDNŞ Geofizika və Geologiya İdarəsinin Təchizat və Nəqliyyat üzrə rəis müavini işləyib:

“Faiq Hüseynovun qəzəbinə tuş gəlib işdən çıxarıldım. Buna səbəb isə Faiq Hüseynovun çirkli, korrupsioner, dövlət əmlakını talamaq kimi əməllərinə göz yummamağım olub.

Belə ki, Faiq Hüseynov Kəşfiyyat Geofizika İdarəsinin Elmi-Tədqiqat Gəmiləri, XDNDİ-nə təhvil verilən zaman gəmilərin komplektinə daxil olan bir ədəd geofizik qayığı izini itirmək üçün Hövsan qəsəbəsindəki bağ evində rənglətdirmiş, öz adına özəlləşdirib, oğlunun şərəfinə “İlyas” adı altında sənədləşdirib.

Bundan başqa 1 N-li Dəniz Seysmik Ekspedisiyası üçün alınmış, dəyəri 1 milyon manatdan çox olan ARAM ARİES seysmik stansiyası təzə adı altında alınsada, idarəyə işlənmiş seysmostansiya gəlmişdir.

Avadanlıqların ehtiyat hissələrinin adları ingilis dilindən tərcümə edilərkən bilərəkdən düzgün tərcümə edilməyərək, müəyyən dövrlər üçün eyni avadanlıqlar böyük fərqli qiymətlərlə mədaxil edilmişdir. Məsələn : ARAM ARİES Ram yaddaş qurğusu 2010-cu ilin iyulunda bir ədədi 9432 (doqquz min dörd yüz otuz iki) manata alındığı halda, 2011-ci ilin noyabrında eyni predmeti 19.350 (on doqquz min üç yüz əlli) manata alınmışdır.?!

Bu ehtiyyat hissələri sifariş verilməmişdən əvvəl Faiq Hüseynov, övladının kirvəsi Şamil Abdullayev, KGİ-nin rəisi Namaz Yusubovun otağına dəfələrlə gələrək onuda bu avadanlıqlar üçün sifariş verməyə “razı salmağa” çalışmışlar və sonda buna nail olmuşlar.

Həmin avadanlıqlar alındıqdan sonra Faiq Hüseynovla Namaz Yusubovun “xüsusi yaxınlığı” başalamışdır. Avadanlıqların alınması həmişə məhz Şamil Abdullayevin iştirakı və şəxsən onun tərəfindən həyata keçirilir.

İdarənin emal və interpitasiya sahəsi üçün müxtəlif dövrlərdə, müxtəlif qiymətlərə proqram təminatları alınmışdır. Həmin proqram təminatlarının heç biri original olmayıb, heç birinin açarları yoxdur.

Bu barədə tərəfimdən idarənin rəisi Vaqif Abdullayevə dəfələrlə məlumat verilsədə çatışmamazlıqların aradan qaldırılması üçün konkret heç bir addım atılmamışdır. Ümumiyyətlə isə bu işlərə idarədə Saşa adlı bir nəfər nəzarət edir.”

Şikayətçi sonra Faiq Hüseynovun başgicəlləndirici korrupsiya əməliyyatlarından söz açaraq davam edir: “Digər bir fakt, KGİ-si üçün alınmış dəyəri 300.000 “üç yüz min” manatdan çox olan “marşfonlar üçün kabel” lərin təyinatı bilinmədiyi və istehsalat işləri üçün yararsız olduğu məlum olmuşdur.

Həmin kabellər bir neçə il mərkəzi anbarda saxlanılmış, sonradan sahənin balansına verilmişdir. İstifadəyə yararsız olan bu kabellərə illərdir ki, amortizasiya xərci hesablanır.

Amortizasiya xərci hesablanan başqa bir yararsız qurğu “Kompressor Explo 110 MPR” qazma qurğusudur. Bu qurğu “Acıvəli” sahəsində yoxlanarkən KGİ-nin görəcəyi iş üçün yararsız olduğu aşkarlanmamışdır.

Bu barədə mütəxəssislər tərəfindən yerində akt tərtib edilib rəsmiləşdirilsədə, həmin qurğuda yararsız ola-ola sahəyə yazılmış və buna kimi bu qurğuya da amortizasiya xərci hesablanır.

 

17.08.2011-ci ildə GGİ-nin KGİ-nə daxil olmuş 326 N-li daxili qaimə ilə sənədləşdirilmiş “Proqress T-3” seysmostansiyasının ehtiyyat hissələrinin ilkin qiymətlərini göstərən zavod qaiməsi təsadüfən mənim əlimə keçmişdi.

Ehtiyyat hissələrinin idarə üçün alqı-satqısını həyata keçirən Şamil Abdullayevin göstərdiyi qiymətlərlə zavod qaiməsindəki qiymətlər arasındakı fərq dəfələrlə yüksək idi. Faiq Hüseynov məndən tələb edirdi ki, mən Şamil Abdullayevə Xəzərdəniz Neft Donanması İdarəsi tərəfindən keçirilən tenderin udulmasında ona yardımçı olum. Bu tenderdə 3 ədəd “ARİYA” tipli qayıq alınmalı idi.

Mən bundan imtina etdikdən sonra bildim ki, qyıqlar Türkiyə Cümhuriyyətinin Tuzla şəhərində düzəldilib, hər birinin mühərriksiz qiyməti 164.000 manat, mühərrəklərin qiyməti isə 20-21 min avro dəyərində olub, bir qayıq üçün iki ədəd mühərrik nəzərdə tutulmuşdur.

İdarə tərəfindən xarici şirkətlərlə müqavilələr bağlanır. Çox vaxt bu müqavilələrin şərtləri kobudcasına pozulur. Müqavilələrdə 120 nəfər işçinin gəlməsi nəzərdə tutulduğu halda 70-75 nəfər işçi gəlirdi. Müqavilələr işçilərə təqdim olunmur. Bu barədə GGİ-nin rəhbərliyinə tərəfimdən məlumat verilsədə bir nəticə hasil olmadı. Idarənin özünün ağır tonnajlı nəqliyyat vasitələri olduğu halda, qaldırıcı kranlar və daymanlar əksər hallarda, “İLKİN-N” MMC-dən icarəyə götürülür?! Bu texnikalarda məsul şəxslərin məlumatı olmadan sifariş verilir və şəxsi istifadə üçün qeyri-məlum yerlərə göndərilir. Bu barədə də tərəfimizdən dəfələrlə GGİ-nin rəhbərliyinə məlumatlar verilmişdir.

Hövsan sahəsində işləyən Rusiya Federasiyasına məxsus “Vasiliç” gəmisi Bakı limanına gələn vaxt Rus şirkəti tərəfindən gətirilmişdi. Qaytarılma işidə bu şirkətin öhdəsində olduğu halda iş başa çatdıqdan sonra həmin gəmi XDNDİ-nin “İrgiz” yedək gəmisi vasitəsilə aparılmışdır. Bunun üçün GGİ-nin XDNDİ-nin büdcəsinədn 100.000 (yüz min) manatdan çox vəsait ödənildi. Bu halda da dəfələrlə müqaviləni tələb etsəmdə müqavilənin nə əsli, nə nüsxəsi, nədə surəti mənə təqdim edilmədi. Halbu ki, vəzifə səlahiyyətlərinə görə bu müqavilələri tələb etmək hüququm var idi.

İstifadəyə yararsız olan əmlakı anbarlarda saxlayıb, onlara amartizasiya xərcləri hesablandığı halda, idarənin balansında olan işlək avadanlıqlar və xüsusəndə kabellər yararsız adı altında silinərək yenisi alınır. Konkret fakt kimi göstərə bilərəm ki, Neftçala rayonunun Qaramanlı kəndində işləyərkən 100 (yüz) ədəd işlək vəziyyətdə olan seysmik kabel yararsız adı altında silinmişdir. Məndə olan dəqiq məlumatlara görə 2011-2012-2013-cü illərdə Mədən geofizika idarəsi üçün alınmış cihazların çoxu, Faiq Hüseynovun Bakı şəhərində Nargilə kafesinin yaxınlığında yerləşən sexində yığılır. Bu sexi və bundan başqa bir neçə böyük obyektlərini Faiq Hüseynov şəxsən özü mənə göstərmişdi.

İdarənin Nəqliyyat Sexindən QAZ-66 avtomobillərinin köşkləri (butekları) Faiq Hüsenovun sərəncamına əsasən onun üçün aparılan şəxsi tikinti obyektlərində tikinti sahəsinin mühafizəçiləri üçün gözətçi köşkü kimi istifadə edilmişdir. İdarədə aparılan ixtisarlar zamanı Faiq Hüseynovun adamları xüsusi “imunitet” qazanırlar. Bu gün idarədəki işçiərin 80-90 faizi Faiq Hüseynova sözsüz tabe olan şəxslərdir. Faiq Hüseynov geofiziki materialların satışına da şəxsən özü nəzarət edir. Işlədiyim dövrdə dəfələrlə geofiziklərin bu haqda danışdıqlarının şahidi olmuşam. Həmdə nə qədər qəribə olsada dəyərindən dəfələrlə ucuz qiymətə satılır ?! Faiq Hüseynovun GGİ-i şəxsi mülki kimi istifadə etməsini təsdiq edən faktlardan biri də idarədəki bütün yük və özüboşaldan avtomobillərə onun yaxın və uzaq qohumlarının sürücü olaraq işə qəbul edilməsidir. Bunu da o məqsədlə edir ki, bu maşınların şəxsi istifadəsi zamanı problem yaranmasın.”

Şikayətçi sonra prezidntə müraciər edərək gözünü pul və vəzifə örtmüç bu məmurdan qorumaq üçün ondan kömək və imdad diləyir:

“Hörmətli Cənab Prezident!

Müraciətimin əvvəlində qeyd etdiyim kimi mən məcburi köçkünəm. Evliyəm. Öhdəmdə iki azyaşlı uşağım var. Uşağımın biri anadangəlmə ürək qüsurludur. Özüm ali təhsilli mütəxəssisəm. Həyat yoldaşım işləmir, lakin bütün bunların heç biri Faiq Hüseynovu narahat etməmişdir. Bütün bunlar azmış kimi Faiq Hüseynov dəfələrlə həm üzbə surət, həm də kənar şəxsər vasitəsilə məni ölümlə hədələyərək susmağımı tələb etmişdir. Lakin məni öz cinayətkar əməllərinə cəlb edə bilməyəcəyini anlayan Faiq Hüseynov sonda məni ölüm təhdidləri ilə susmağa vadar etməyə çalışır!

Hörmətli Cənab Prezident!

Müraciətimdə göstərdiklərim Faiq Hüseynovun mən bildiyim, yadımda qalan cinayət əməllərindən yalnız cüzi bir hissəsidir. Bu idarədə araşdırmalar aparılacağı təqdirdə hələ çox qanun pozuntuları aşkarlanacaqdır. Odur ki, göstərdiklərimi nəzərə alaraq ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyat geofizika” idarəsində araşdırmalar aparılmasına Sərəncam verməyinizi Sizdən xahiş edirəm”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 120
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."