www.sinerjipro.net

SinerjiProWide
Reklam

Qorxmaz Hüseynovun adamı barədə sensasiyalı ittihamlar…

qor_DSC_0184“Azərsu” ilə bağlı şikayətlər artmaqda davam edir. Türkiyədə Ərdoğanı devirmək istəyən dini qrupun Azərbaycanda əsas mərkəzlərindən birinə çevrilən dövlət qurumunun iş gördüyü podratçı firmalar yerlərdə ciddi sıxıntı içindədirlər. Həmin firmalardan biri- “Azərsu”nun Beyləqandakı işlərini həyata keçirən “T.T.Ş. Inşaat MMC & Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH & Co.KG” şirkəti işçilərin əmək haqqını yarıya qədər azaldıb. 390 manat əmək haqqı alanlara keçən ay və bu ay 200 manat verilib. Eyni zamanda qum daşıyan kamazlara 10 manat əvəzində 6 manat, torpaq daşıyanlara isə 6 manat əvəzinə 4 manat verilib. Səbəb isə odur ki, may ayına qədər lahiyyənin vəsaiti “bitib”.

Kirayə aldıqları texnikaların kirayəsini belə azaldan şirkət bir sıra lahiyələrin icrasını da dayandırıb.

Əvvəlki əmək haqqı sadəcə mühəndislərə verilir ki, onlarında sayı azdır.

Əsas sıxıntı isə proyekt bitmədən maliyyənin bitməsidir ki, bu araşdırılarsa, məsələ Qorxmaz Hüseynova qədər gedib çıxa bilər. Çünki, bu işlərlə bağlı məsul şəxs olan, T.T.Ş. Inşaat MMC-nin direktoru  Xəyal Aslanzadə birbaşa “Azərsu” şefinə bağlıdır.

Məlumat üçün qeyd edək ki, son illər respublikanın rayonlarında içməli su və kanalzasiya problemlərinin həll olunması üçün Asiya İnkşaf Bankının ayırdığı kreditlə ““Azərsu”” ASC su təchizatı və kanalizasiya sistemlərini yenidən qurmaqla məşğuldur və bütün bu layihələri isə Azərbaycan və Almaniyanın birgə müəssisəsi olan “T.T.Ş. Inşaat MMC & Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH & Co.KG” şirkəti həyata keçirir.

Asiya İnkşaf Bankı bu lahiyələrə 300 milyon dollar vəsait ayırıb. Bank işlərin keyfiyyətli və standartlara uyğun olması üçün ““Azərsu””ya Avropa dövlətlərinin şirkətləri ilə əməkdaşlıq etməyi də tövsiyyə edib. Keçirilən tenderin qalibi isə məhz Almaniyanın “Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH & Co.KG” şirkəti olub.

Maaş problemi isə hələ ötən ildən mövcuddur. Belə ki, Xəyal Aslanzadənin rəhbərlik etdiyi “T.T.Ş İnşaat” MMC lahiyyədə nəzərdə tutulan bir çox işləri sadəcə sənədləşdirərək vəsaitləri mənimsəməklə və qiymətləri şişirtməklə məşğul olduğunu yazan mətbuat hələ o zaman iddia edirdi ki, sənədlərdə fəhlələrə əmək haqqı 460 manat yazılsa da, əslində 390 manat verilir. Eyni zamanda mühəndis və ustabaşılarının da əməkhaqqlarında kəsilmə var. Göründüyü kimi artıq 390 manatı da fəhlələrə çox görən şirkət 200 manata qədər düşüb.

Xəyal Aslanzadənin başqa bir maxinasiyası isə “TTŞ İnşaat” MMC-yə məxsus texnikaları “T.T.Ş. Inşaat MMC & Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH & Co.KG” şirkətinə çox baha qiymətə kirayə verməsidir. Mənbə bildirir ki, kanalizasiya qazan traktorun aylıq kirayəsi 3 mindən 6 min manata qədər dəyişir.

Qorxmaz Hüseynov öz şirkəti olan “T.T.Ş. Inşaat” MMC-ni vergidən yayındırmaq məqsədi ilə bütün sənədləşdirmələri alman şirkətinin üzərindən həyata keçirilir. Yəni faktiki olaraq alman şirkəti bütün vergiləri ödəyir. “T.T.Ş. Inşaat” MMC şirkəti isə işçilərin böyük əksəriyyətini rəsmi olaraq işə götürmədiyinə və günəmuzd işlətdiyinə görə maliyyə ödəmələrindən yayınır. Halbuki işlərin böyük əksəriyyətini məhz “T.T.Ş. Inşaat” MMC həyata keçirir.

Məlumatlı mənbə maliyyənin bitməsinin əsas səbəblərindən biri kimi o pulun böyük bir hissəsinin yeyilmədiyini, Qorxmaz Hüseynov tərəfindən nurçuların Türkiyədəki seçki kampaniyasına göndərildiyini iddia edir. Onun sözlərinə görə, Ərdoğana qarşı kampaniya üçün böyük paralar lazım olduğundan, “Azərsu”dakı “ağabəylər” də dəstəklərini əsirgəməyiblər.

Həmin pulun bir hissəsi seçkidəki təbliğatlara, bir hissəsi də AKP tərəfindən batırılmaq istənilən “Asya Bank”ın qurtarılmasına sərf olunub.

Məsələyə münasibətini öyrənmək üçün “Azərsu”nun əlaqə nömrəsinə (430-28-87) zəng etsək də, telefonun saatlarca məşğul olduğunun şahidi olduq.

Yazıda adı çəkilən qurum və şəxslərin mövqeyini dərc edə bilərik. (Azerinfo.org)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."