"Azərsu"nun sayğac oyunu - Adambaşına hesablama nə qədər davam edəcək?

Artıq neçə illərdir ki, kommunal xidmət sahələri nəzarətində olan ərazilərdə sayğaclaşdırma işləri aparır. Bu da sərf olunan elektrik enerjisinin, qazın və suyun dəqiq hesablanmasında vacib rol oynayır. Eyni zamanda sayğacın qoyulması vətəndaş üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki sayğac olmadan vətəndaş ayın sonunda nə qədər kommunal xidmət haqqı ödəyəcəyini bilmir. Bir çox hallarda da kommunal xidmət sahələri sayğacın qoyulması üçün bütün işləri görür, lakin sayğac qoyulmur.

Bu günlərdə Yeniçağ.az-a bir qrup sakin məhz “Azərsu” tərəfindən sayğacın qoyulmamasından şikayət ediblər. Belə ki, Nəsimi rayonu, 4-cü mkr.-n Cavadxan küçəsi, bina 68-də yaşayan sakinlər bildiriblər ki, sözügedən şirkət həmin binaya 2014-cü ildə yeni su boruları çəkib, lakin… Ardını sakinlərin dilindən eşidək:

“Boruları quraşdırıb, sayğac qutuları qoydular, sonra da çıxıb getdilər. Düz 3 ildir ki, gözümüz yoldadır. Hər ay adambaşına 2 manat 50 qəpik ödəyirik. Elə ailə var ki, 6 -7 nəfərdən ibarətdir və xeyli miqdarda ödəniş edir. Amma sayğac olsa, suya da qənaət olunar, hamı da işlətdiyi suyun pulunu ödəyər. Biz dəfələrlə “Azərsu”ya sayğacların nə vaxt quraşdırılacağı barədə müraciət etmişik, amma heç bir nəticə yoxdur ”.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı bina sakinlərinin sözlərini təsdiqlədi:

“Bəli, tam doğrudur. Sözügedən binada, yəni 4-cü mkr.-n, Cavadxan 68 ünvanında bloklara girişlər verilib. Növbəti mərhələdə pilləkənlərdə dik dayaqlar quraşdırılacaq. Bundan sonra zirzəmidən gedən xətlər ləğv ediləcək və yeni xət vasitəsilə buna sakinlərinə su veriləcək. Proses çox güman ki, bu il ərzində başa çatdırılacaq”.

 

BƏXTİYAR
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."