!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərsun”un Zeytun bağlarındakı “yaşıl terror”u – İddialar, fotolar

!Reklam – Yazi

azersunloqo.jpg.pagespeed.ce.IPd70IoL8vAzərbaycanda zeytunçuğun ən çox inkişaf etdiyi ərazilər deyəndə ilk olaraq göz önünə Zığ, Qala, Hövsan və Bilgəh zeytun bağları gəlir. Belə ki, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edibsə, bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh bağlarının, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşür.

Ancaq, bu gün zeytunçuluqla bağlı vəziyyət rəsmi rəqəmlərdə göründüyündən daha dəhşətlidir. Azərbaycanın ən böyük zeytun bağlarından sayılan və 900 hektara yaxın ərazini əhatə edən Hövsan “Zeytun bağları”nda ( Hövsan 1 saylı Zeytun Sovxozu) “yaşıl terror” həyata keçirilir: “Bu “yaşıl terroru” vaxtaşırı Azərbaycanda zeytunçuluğun inkişafından danışan və töhvələr verdiyini deyən “Azərsun-Holdinq” şirkəti həyata keçirir. Bir sözlə, Abdulbari Gözəl Hövsan bağlarına da əl qoyub. Amma onun məqsədi heç də zeytunçuluğun inkişafına tövhə vermək deyil, əksinə yarım əsrdən çox, daha doğrusu, 60-70 il mühafizə edilərək qorunan bağı xarabalığa çevirməkdir”.

Yenicag.az xəbər verir ki, bu barədə Azerinews.tv – yə yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, bu mövzu bir neçə ildir ki, mediada müntəzəm işıqlandırılır. Amma problem həllini tapmır ki, tapmır. Şikayətçilərin sözlərinə görə, bir neçə ildir ki, “Azərsun-Holdinq” bu ərazidə obyektlər tikir və yaşıl soyqırımı həyata keçirir. Belə ki, 900 hektara yaxın ərazisi olan bağın 130 hektarı təhlükənin bir addımlığındadır. Böyük hissəsi demək olar ki, sıradan çıxarılıb.

Tikintinin “Azərsun-Holdinq” şirkəti tərəfindən həyata keçirildiyini vətəndaşlar və bağ sahibləri iddia edirlər ki, şirkət heç bir tələbə və şikayətə baxmır: “Tikintidə çalışan fəhlələr də bizimlə söhbətində tikintinin məhz “Azərsun-Holdinq” tərəfindən həyata keçirildiyini bildirdilər.

Mənzərə isə acınacaqlıdır; zeytun ağacları texnikanın köməyi ilə kökündən çıxarılır və iri tonnajlı yük maşınları ilə daşınaraq bağın dərinliklərinə aparılır, burada “gizlədilir”. Bu məqsədlə bağın ortasında böyük bir ərazi ağaclar qırılıb, “abad”laşdırılan bu ərazidə “tala” yaradılıb. Bütün zibillər isə bu talaya daşınır. Maşınların bağın dərinliyindəki bu zibilliyə asan hərəkət etməsi üçün isə ağaclar kəsilərək iki yol açılıb. Ərazidə obyektlərlə yanaşı, villalar və digər iaşə obyetləri də göz deşir. Ən dəhşətli məqam isə ondan ibarətdir ki, bütün bunlar Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən magistral avtomobil yolunun bir addımlığında baş verir”.

Zeytun bağlarında "yaşıl terror" -  "Azərsun-Holdinq”ə şok ittiham - FOTOLAR

Sakinlər onuda idda edirlər ki, Hövsanda Zeytun bağları özəlləşdirilmə dövründə pay olaraq ayrı-ayrı şəxslərə verilib: “Bir sözlə, buradakı hər bir ağac özəl mülkiyyətdir. Aydın görünür ki, şirkət Azərbaycan Konstitusiyasında nəzərdə tutulan mülkiyyət huququnu da kobud şəkildə pozur. Təəssüflər olsun ki, məsələ mediada işıqlandırılandan sonra da tədbir görülmür. “Azərsun Holdinq” isə hər dəfə bu məlumatları təkzib etməklə özünü vəziyyətdən çıxarmağa çalışır”.

“Biz inanırıq ki, cənab Prezident bu duruma son qoyacaq, nadir və əvəzsiz sərvətimiz olan Zeytun bağları da “yaşıl terror”dan xilas olacaq”, – deyə sakinlər prezidentdən kömək istəyirlər.

Ərazidən çəkilən fotogörüntüləri təqdim edirik:
Zeytun bağlarında "yaşıl terror" -  "Azərsun-Holdinq”ə şok ittiham - FOTOLAR
Zeytun bağlarında "yaşıl terror" -  "Azərsun-Holdinq”ə şok ittiham - FOTOLAR
Zeytun bağlarında "yaşıl terror" -  "Azərsun-Holdinq”ə şok ittiham - FOTOLAR
Zeytun bağlarında "yaşıl terror" -  "Azərsun-Holdinq”ə şok ittiham - FOTOLAR
Zeytun bağlarında "yaşıl terror" -  "Azərsun-Holdinq”ə şok ittiham - FOTOLAR
Zeytun bağlarında "yaşıl terror" -  "Azərsun-Holdinq”ə şok ittiham - FOTOLAR
Zeytun bağlarında "yaşıl terror" -  "Azərsun-Holdinq”ə şok ittiham - FOTOLAR
Zeytun bağlarında "yaşıl terror" -  "Azərsun-Holdinq”ə şok ittiham - FOTOLAR
Zeytun bağlarında "yaşıl terror" -  "Azərsun-Holdinq”ə şok ittiham - FOTOLAR
Mövzuya qayıdacağıq.

www.yenicag.az

877
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv