www.sinerjipro.net

SinerjiProWide
Reklam

11846392_1054448314595041_617245056_n“United Culture in Azerbaijan” layihəsinə start

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçı dəstəyi, Leyla Muradovanın təşkilatçılığı ilə həyata keçirilən “United Culture in Azerbaijan” layihəsinə start verilib.

Layihənin ilk günündə İzrail, Gürcüstan, Tatarstan, Russiya, Azərbaycan, İran və Cənubi Afrikadan tələbələr iştirak etmişdir.

“United Culture in Azerbaijan” – Bakı şəhərində təhsil alan yerli və əcnəbi tələbələri bir araya toplayan layihədir. 5 yerli və 25 əcnəbi gənci əhatə edir.

Layihənin məqsədi: Azərbaycanda təhsil alan əcnəbi tələbələrə Azərbaycan həqiqətləri və müstəqil dövlətçilik ənənlərini ötürərək, dövlətlər arası milli-mədəni və tarixi irslər haqda bilikləri təbliğ etməkdir.

Layihə çərçivəsində tələbələr öz ölkələrinə uyğun olaraq qruplara bölünmələri, gənclərin öz ölkələrinə uyğun təqdimatlarını keçirməsi, ölkələrin tarixi, mədəniyyəti, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilməsi planlaşdırılmışdır. Hər tədbir zamanı ölkəyə uyğun interaktiv müsabiqə və oyunların keçirilməsi planlaşdırılır, qalibləri simvolik hədiyyələrlə mükafatlandırmaq nəzərdə tutulub. Tədbirə uyğun reqlamentə: ölkələrin milli geyimləri, milli mətbəxi və milli rəqsləri və qruplara uyğun xüsusi əyləncələrin təşkil olunması planlaşdırılır.

Layihə çərçivəsində Azərbaycanda təhsil alan xarici ölkələrin gənclərinə Azərbaycan həqiqətlərinin, milli-mədəni və tarixi irsinin təbliğ olunur.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 103
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."